Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Mikromaliyyənin baş lobbiçiləri Palatada qəbula nail oldular

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mikromaliyyənin baş lobbiçiləri Palatada qəbula nail oldular
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) arasında əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi məqsədilə görüş keçirilib.

 

Reklam_3_11

Görüşdə Palatanın Baş icraçı direktoru İbrahim Alışov və AMFA-nın İdarə Heyətinin üzvləri Süleyman Kələşov, Cəlal Əliyev və İcraçı direktoru Jalə Hacıyeva iştirak ediblər.

 

Müzakirələr zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının cari fəaliyyəti, bank olmayan kredit təşkilatları, sektorun cari durumu və inkişaf perspektivləri, sektorda tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi və digər məsələlərə toxunulub.

 

Palatanın Baş icraçı direktoru İbrahim Alışov ölkədə bank olmayan kredit təşkilatları tərəfindən əhalinin, xüsusilə regionlarda fiziki şəxslərin istehlak və kiçik sahibkarlıq subyektlərinin maliyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində son illər ərzində görülmüş işlər və cari vəziyyət barədə söhbət açıb.

 

Baş icraçı direktor ölkədə sağlam və dayanıqlı sektorun formalaşması, eləcə də əhalinin maliyyə xidmətlərinə daha rahat çıxışının təmin edilməsi, istehlakçı hüquqlarının qorunması, bank olmayan kredit təşkilatlarında korporativ idarəetmənin gücləndirilməsi və digər çağırışların operativ və effektiv həlli məqsədilə Azərbaycan Mikromaliyyə Assosiasiyasının aktivliyinin artırılmasının zəruriliyini bildirib. Bu istiqamətdə bank olmayan kredit təşkilatlarının Assosiasiya ilə daha sıx əməkdaşlıq etməsinin vacibliyi qeyd edilib.

 

Görüşün sonunda sektorunun uğurlu və səmərəli inkişafı istiqamətində təkliflər dinlənilib, müvafiq tövsiyələr verilib.

05.03.2018 14:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ