Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“MƏRCAN” toyuq ətinin istehsalında mühüm yenilik

iç səhifə xəbər başlığı altı (mobil)_31
“MƏRCAN” toyuq ətinin istehsalında mühüm yenilik

“MƏRCAN” markalı toyuq ətinin istehsalçısı “Qarant Aqro” MMC məhsulun maya dəyərinin artmasının qarşısını almaq üçün ardıcıl tədbirlər həyata keçirir.

 

Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, 2016-cı ilin dekabr ayında “Qarant Aqro” MMC yem istehsalı üzrə yeni zavodunu istismara verib. Yem zavodu, toyuq ətində maya dəyərinin ardığı, istehsalçıların bazarda qalmaqda çətinlik çəkdiyi bir dövrdə “MƏRCAN” brendinin bazarda mövqeyini gücləndirəcək.

 

Şirkətin baş direktoru Rüfət Məmmədzadə deyib:  “Zavodun gücü saatda 10 ton məhsul təşkil edir. Avadanlıq kənd təsərrüfatı heyvanları üçün dənəvər formada olan yemləri verilmiş resept üzrə istehsal etməyə imkan verir. Məhsul xammal qəbulundan və komponentlərin reseptə əsasən çəkilməsindən mikrokomponentlərin qatılması, dənəvər hala salınması və hazır balanslaşdırılmış yemin yüklənməsinə qədər istehsalın bütün mərhələrindən keçir. Qeyd etmək istəyirəm ki, bütün avadanlığın idarə edilməsi tam avtomatlaşdırılmışdır”.

 

İSTEHSALDA 2 DƏFƏ ARTIM HƏDƏFİ

 

Qeyd edək ki, “Qarant Aqro” MMC 2016-cı ildə istehsal həcmini iki dəfə artırmışdır və bu gün “MƏRCAN” brendi altında bazara gündəlik təzəməhsul tədarük edir. İstehsal həcminin artması ilə yeni iş yerləri açılır və 2017-ci ildə istehsalın iki dəfə də artırılması planlaşdırılmışdır. “Qarant Aqro” MMC Avrasiya İqtisadi İttifaqının idxal edilən kənd təsərrüfatı məhsullarına nəzarət orqanlarının yoxlamasından keçmiş yerli toyuq əti istehsalçılarındandır və bu iqtisadi birliyin ölkələrinə quşçuluq məhsullarının tədarük edilməsi üşün sertifikata malikdir.

 

Dövlət proqramlarının uğurlu layihələrindən biri kimi “Qarant Aqro” MMC-ni göstərmək olar ki, bu gün bu şirkət yerli bazarı “MƏRCAN” brendi altında yüksək keyfiyyətli toyuq əti ilə təmin edir. 

 

 

13.12.2016 17:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ