Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Lacoste loqosunu dəyişdi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lacoste loqosunu dəyişdi!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fransanın dünya şöhrətli geyim markası Lacoste, nəsli kəsilməkdə olan heyvanlara diqqət çəkmək üçün geyimlərin üzərində yerləşən timsah loqosunun əvəzinə nəsli kəsilməkdə olan heyvanları əks etdirən loqolar verib.


 
"Marja" xəbər verir ki, köynəklər üçün 10 nəsli kəsilməkdə olan heyvan seçilib. Köynəklərdən, hər bir heyvandan dünyada qaldığı sayı qədər istehsal edilib. Nəsli kəsilməkdə olan 10 heyvandan bəziləri; Kaliforniya körfəz muturu dünyada 30 baş qaldığı üçün 30 ədəd körfəz muturu loqosu olan qolsuz köynək, Myanma (Birma) tısbağasından 40 baş qaldığı üçün 40 ədəd, Kakapo tutuquşusundan 157 baş qaldığı üçün 157 ədəd, Yava kərgədanından 67 baş qaldığı üçün 67 ədəd istehsal edilib.

 

Nəsli kəsilməkdə olan 10 heyvanın dünyada qalan sayıları ilə cəmi 1775 baş olduğundan 1775 ədəd də qolsuz köynək istehsal edilib.  
 


Biri 150 avrodan satışa təqdim olunan qolsuz köynəklərdən, Lacoste markasının hər hansı bir gəlir götürmək məqsədi olmadığı, əldə ediləcək gəlirin Dünya Təbiət və Təbii Sərvətlərin Mühafizəsi Birliyinə köçürüləcəyi bildirilib.


 
Məhdud sayda istehsal edilən qolsuz köynəklərin Avropada satılıb tükəndiyi, Amerika Birləşmiş Ştatlarında (ABŞ) satışlarının davam etdiyi bildirilib.


 
"Davis Cup" tennis turnirini qazanan və Amerikan olmayan ilk tennisçi Reno Lacoste-nin 1933-ci ildə yaratdığı geyim markası, tennis və qolf oyunçularının klassik geyiminə çevrilmişdi. O illərdən bu günə, Lacoste yaşıl timsah loqosu ilə dünyanın bir çox yerində üstünlük verilən geyim markasına çevrilib.


 
Fransız tennis oyunçusu Reno Lacoste-yə Amerikanın idman şərhçiləri tərəfindən "timsah" ləqəbi verilmiş, bu səbəbdən Fransız aktyor öz familyasını verdiyi markaya timsah loqosu qoymağa qərar verib. O gündən bu günə timsah fiquru və Lacoste markası o qədər eyniləşib ki, Əlcəzair kimi ölkələrdə xalq gündəlik istifadədə "timsah" yerinə Lacoste işlədirlər.

05.03.2018 16:35

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ