Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bakıda Özbəkistanın “Artel” şirkətinin təqdimatı olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Özbəkistanın “Artel” şirkətinin təqdimatı olub

Bakıda Özbəkistanın Mərkəzi Asiyada məişət texnikası üzrə ən böyük istehsalçısı olan “Artel” şirkətinin təqdimatı olub.

 

Reklam_3_11

Tədbirdə çıxış edən Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev şirkətin fəaliyyət göstərdiyi 8 il ərzində 20 növdən çox müasir məişət texnikasının, o cümlədən televizor, soyuducu, kondisioner, tozsoran, mətbəx plitəsi, smartfon, günəş batareyası və digər məhsullar istehsal etdiyini bildirib.

 

Səfir deyib: “Cənubi Koreyanın “Samsung”, Yaponiyanın “Shivaki” və Belçikanın “Avalon” kimi məşhur brendləri ilə sıx təmasda fəaliyyət göstərən “Artel”in məhsulları Avropanın aparıcı sertifikat mərkəzləri tərəfindən tanınır. Bu şirkətin dünyanın 13-dən çox ölkəsində alıcıları var”.

 

Diplomat qeyd edib ki, Özbəkistan şirkətinin məhsulları texniki xarakteristikası, etibarlılığı, keyfiyyəti və qiymətinin münasibliyi sayəsində Azərbaycanda da öz alıcısını tapıb.

 

Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Məsim Məmmədov diqqətə çatdırıb ki, ölkəmiz Özbəkistanın regionda mühüm iqtisadi və ticarət tərəfdaşıdır. Azərbaycan ilə Özbəkistan kənd təsərrüfatı, yüngül sənaye, maşınqayırma və başqa sahələrdə səmərəli əməkdaşlıq edirlər. M.Məmmədov “Artel” şirkətinin məhsullarının Azərbaycanın daxili bazarında elektrik texnikası mallarının çeşidini artıracağına və ölkələrimiz arasında ticarət dövriyyəsinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib. O, həmçinin Azərbaycan və Özbəkistan arasında sənaye sahəsində birgə müəssisələrin yaradılması istiqamətində danışıqlar aparıldığını qeyd edib.

 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) baş katibinin müavini Fuad Hümbətov azərbaycanlı sahibkarların Özbəkistandan olan həmkarları ilə əməkdaşlığından söz açaraq, ASK-nın bu işgüzar əlaqələrin inkişafına yardım göstərməyə hazır olduğunu bildirib.

 

“Artel”in nümayəndəsi Dilşod Şükürov şirkətin fəaliyyəti, imkanları və gələcək planları barədə məlumat verib. Şirkətin əsas prinsipinin rahatlıq, sadə həll və klassik janrı dəyərləndirən istehlakçılar üçün keyfiyyətli, müasir yüksək texnologiyalı məhsullar istehsal etmək olduğunu vurğulayan D.Şükürov deyib: “Müəyyən üslubda olan erqonomik dizayn, yalnız sertifikatlı xammal, iş prosesinin maksimum avtomatlaşdırılması yüksək zövqə malik tələbkar istehlakçılar üçün məişət texnikası istehsal edən “Artel”in imicini dəstəkləyir”.

 

© Azərtac

05.03.2018 19:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ