Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıda Dünya Limanlar Konfransı keçiriləcək - QEYDİYYAT BAŞLAYIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Dünya Limanlar Konfransı keçiriləcək - QEYDİYYAT BAŞLAYIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mayın 8-dən 11-dək Bakıda keçiriləcək nüfuzlu Dünya Limanlar Konfransına qeydiyyat başlayıb.

 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bildiriblər ki, respublikamızın paytaxtında keçiriləcək konfrans “Gələcəyin limanları: qovşaqlar yaratmaqla, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunacaq.

 

Beynəlxalq Limanlar Assosiasiyası (IAPH) 90 ölkədə 180-ə yaxın liman və limanlarla əlaqəsi olan 140 müəssisəni təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60 faizindən çoxunu həyata keçirir və beynəlxalq konteyner marşrutlarının 80 faizinə nəzarət edir. IAPH hər il iri liman şəhərlərində konfranslar keçirir. Los-Anceles (2013), Sidney (2014), Hamburq (2015), Panama (2016) və Bali (2017) bundan əvvəlki konfranslara ev sahibliyi ediblər.

 

“IAPH Baku 2018”in iştirakçıları “Kəmər - Yol” təşəbbüsü çərçivəsində nəqliyyat dəhlizlərinin yaradılması, azad ticarət zonalarının milli iqtisadiyyata və qonşu ölkələrin iqtisadiyyatına töhfəsi və XXI əsrdə “SmartPorts” və “Yaşıl limanlar” konsepsiyası kimi mühüm və maraqlı mövzuların müzakirəsi üçün unikal imkan əldə edəcəklər.

 

Konfransda “DP World”un sədri və baş icraçı direktoru Sultan Əhməd bin Suleyem, “Forbes” və “BBC World”un əməkdaşı Ueyd Şepard, “FMP Associates Ltd”nin direktoru və “Dubai Logistics City”nin sabiq baş icraçı direktoru Maykl Profitt, Triest limanının prezidenti Zeno-d’Aqostino, Nigeriya Limanlar Administrasiyasının icraçı direktoru Xadiza Bala Usman, “Port of Le Havre”nin baş direktoru Erve Martell və Şanxay Universitetinin professoru Teo Teotetomun çıxışları nəzərdə tutulur.

 

Maraqlı forum və diskussiyalarla yanaşı, konfrans iştirakçıları üçün mədəniyyət proqramı çərçivəsində əyləncəli tədbirlər və ekskursiyalar təşkil olunacaq.

06.03.2018 05:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ