Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda əhalinin hər nəfərinə düşən xarici borc açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda əhalinin hər nəfərinə düşən xarici borc açıqlanıb

Azərbaycan hökuməti 2017-ci ildə birbaşa və zəmanətli xarici borca xidmət göstərilməsi üçün ödənişlərin həcmini 2016-cı illə müqayisədə 19% artırıb. Bu barədə hökumətdən məlumat verilib.

 

"2017-ci ildə xarici borca xidmət göstərilməsinə dövlət büdcəsindən 855,9 mln. dollar yönəldilib. Bunun  668,7 mln dolları əsas borc üzrə ödənişlərin (artım 17,5%),  187,2 mln. dolları isə faizlər üzrə ödənişlərin (artım 24,9%) payına düşüb", - deyə məlumatda bildirilir.

 

1 yanvar 2018-ci il tarixinə Azərbaycanın istifadə olunmuş kreditlər və zəmanətlər üzrə xarici borcu  9 mlrd. 398,3 mln. dollar və ya ÜDM-nin 22,8%-ni təşkil edir.

 

Bununla belə, xarici borcun  5 mlrd. 510,4 mln. dolları  və ya 58,6%-i hökumət tərəfindən alınan borcların,  3 mlrd. 331,4 mln. dolları və ya  35,5% - xarici valyutada buraxılmış istiqrazların,  556,5 mln. dolları və ya 5,9% isə dövlət borcu sayılan şərti öhdəliklərin payına düşüb.

 

2018-ci il yanvarın 1-nə Azərbaycanda əhalinin hər nəfərinə düşən xarici borc 949,5 dollar təşkil edir.

 

DEPOZİT YERLƏŞDİR, HYUNDAİ GRANDEUR QAZAN

 

© “İnterfaks-Azərbaycan” 

06.03.2018 06:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ