Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Hər meqabayt üçün cəmi 1 qəpik ödəyirlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hər meqabayt üçün cəmi 1 qəpik ödəyirlər

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətixarici ölkələrə səfər edən abunəçilərinə rouminqdə olarkən internetə ən sərfəli şərtlərlə çıxışı təmin etmək üçündünyanın daha 7 aparıcı telekommunikasiya operatoru ilə yeni razılaşmalar imzalayıb.

 

Şirkət abunəçilərinin hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksəksürətli internetdən istifadə etmək imkanına malik olduğu ölkələrin siyahısını genişləndirməkdədir. Bu ilin yanvar ayından etibarən,Gürcüstan, Ukrayna, İsrail, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan kimi bir neçə yeni istiqamətlərə səfər edən Bakcell abunəçiləri rouminqdə olduqca sərfəli olan data xidmətlərindən faydalanmağa başlayıblar. Hal-hazırda, Bakcell abunəçiləri dünyanın 28 ölkəsində bu təklifdən faydalanmaq imkanına malikdirlər (Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, İran, Böyük Britaniya, Almaniya, ABŞ, BƏƏ, Çexiya Respublikası, İtaliya, Niderland, Macarıstan, İspaniya, Qazaxıstan, İsrail, Yunanıstan, Portuqaliya, Rumıniya, İrlandiya, Malta, Özbəkistan, Misir, Yeni Zelandiya, Qırğızıstan, Tacikistan, Albaniya, Cənubi Afrika).

 

Bu razılaşmalar sayəsində yuxarıda sadalanan ölkələrdən hər hansı birinə səfər edən Bakcell abunəçiləri hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksəksürətli internetdən istifadə etmək imkanına malik olacaqlar.Bu təklifdən yararlanmaq üçün abunəçilər sadəcə *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidirlər.

 

Qeyd etmək lazımdır ki, səfərdə olan Bakcell abunəçiləri “Bakcell Roaming” mobil tətbiqindən istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və rouminq xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə, eyni zamanda, Bakcell-lə onlayn əlaqə yaradaraq dəstək ala bilərlər. Bundan əlavə, abunəçilər bu tətbiq vasitəsilə öz nömrələrinin balansını asanlıqla artıra bilirlər. “Bakcell Roaming” mobil tətbiqi haqqında daha ətraflı məlumat üçün keçid:http://www.bakcell.com/az/bakcell-rouminq-ap

27.01.2017 14:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ