Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Həyat sığortası ipotekanı bahalı edir - "TARİFLƏR YÜKSƏKDİR"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Həyat sığortası ipotekanı bahalı edir - "TARİFLƏR YÜKSƏKDİR"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan sığortaçıları İpoteka və Kredit Zəmanət Fondunun müəyyən etdiyi sığorta tariflərindən narazıdır


 

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə İpoteka kreditlərinin mövcud durumunun müzakirəsi məqsədilə görüş keçirilib. 

 

ASA-dan "Marja"ya daxil olmuş məlumata görə, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli və həyat sığorta şirkətlərinin rəhbər və sahə üzrə əlaqədar şəxsləri iştirak edib.

 

İpoteka Fondu tərəfindən ipoteka qoyulmuş əmlakın və ipoteka qoyan şəxsin həyat sığortası üzrə tariflər görüşün əsas müzakirə mövzusu olub.

 

Bildirilib ki, bu sığorta predmetləri üzrə tariflərin yüksək olması səbəbindən sığorta haqlarının ipoteka kreditlərinin yekun məbləğini daha da artırması ilə nəticələnir. Bununla əlaqədar, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilən tələbin dəyişdirilməsi üzrə təkliflər və nəticələr ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşün yekununda mövzu ilə bağlı irəli sürülən təkliflərin daha ətraflı müzakirəsi üçün İpoteka Fondu ilə görüşün keçirilməsi qərara alınıb.

 

Xatırladaq ki, 15 aprel 2005-ci ildə qəbul edilmiş “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 27.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsində nəzərdə tutulduqda, ipoteka qoyan ipoteka qoyulmuş əşyanı məhv olma və zədələnmə risklərindən ipoteka müqaviləsi bağlanan zaman əşyanın mövcud olan bazar qiymətini əsas götürərək tam dəyəri məbləğində, ipoteka qoyan fiziki şəxs olduqda isə həmçinin, öz həyatını və əmək qabiliyyətinin itirilməsi riskini ipoteka ilə təmin edilən tələbin ölçüsündən az olmamaq şərtilə sığorta etdirməli olduğu tələbi müəyyən olunmuşdur.

06.03.2018 06:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ