Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“ASAN xidmət” vergi hesabatlarını hazırlamaqda çətinlik çəkənlərə xidmət göstərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“ASAN xidmət” vergi hesabatlarını hazırlamaqda çətinlik çəkənlərə xidmət göstərəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində fiziki və hüquqi şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi xidmətlərinin həyata keçirilməsinə başlanılıb.

 

Bu barədə  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

 

Vətəndaşlar bu çərçivədə Vergilər Nazirliyinə rüblük sadələşdirilmiş, illik əmlak və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim edilməsi, şəhadətnamə-dublikatların onlayn sifariş edilməsi, onlayn kargüzarlıq bölməsinə gəlmiş məktubların vaxtında cavablandırılması, aylıq elektron qaimələrin göndərilməsi, əmək müqavilələrinin onlayn qeydiyyatı, Dövlət Sosial Müdafiə Fonduna rüblük hesabatının verilməsi, Dövlət Statistika Komitəsinə rüblük və illik hesabatların təqdim edilməsi xidmətlərindən yararlana bilərlər.

 

Qeyd edək ki, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ərtaflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə əldə edə bilərlər. 

06.03.2018 07:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ