Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda məktəblilərin 9 manata sığortalanmasına başlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda məktəblilərin 9 manata sığortalanmasına başlanıb

“Bakı Sığorta” yeni məhsulları ilə sığorta bazarında cığır açır.

 

Bir müddət əvvəl "İxtisardan Sığorta" və "Əmək qabiliyyətinin itirilməsi sığortası" məhsullarını təqdim edən və öz saytından onlayn satışını həyata keçirən “Bakı Sığorta” şirkəti, bu dəfə “Sığortalı Məktəbli” adlı məhsulu ilə gündəmdədir.

 

Şirkətdən “Marja”ya verilən məlumata görə, “Sığortalı Məktəbli” məhsulu xüsusi olaraq məktəbli övladı olan valideyinlər üçün hazırlanıb:

 

“Uşaqlar dərsdə olan zaman da onların qarşılaşa biləcəkləri risklər var. Məsələn, idman dərsində kiçik zədələnmələr, ayaq buruxmaları, buzda sürüşmələr və s. Bu risklərin qarşısını almaq mümkün deyil, amma risklərdən sığortalanmaq çıxış yoludur.”

 

“Bakı Sığorta”dan bildirildi ki, əgər məktəb saatları ərzində kiçik və böyük qəzalar baş verərsə,valideyin həkim, dərman pereparatları və s. üçün xərc çəkmir, 2000 manatdək yaranan xərclər sığorta şirkəti tərəfindən qarşılanır.

 

“Bu məhsulu hər kəs əldə edə bilsin deyə, 2000 manatlıq təminata görə ödəyəcəyiniz məbləği cəmi 9 manat olaraq təyin etmişik”,- şirkətdən qeyd edildi.

 

Qeyd edək ki, “Sığortalı Məktəbli” məhsulunu bir neçə dəqiqə ərzində www.bakisigorta.az saytından əldə etmək mümkündür. Valideyin özü və övladı barədə məlumatları şirkətin sisteminə daxil edərək sığortanı ala bilir.

07.03.2018 13:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ