Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Müqavilə imzalandı - 4%-lə kredit alacaqlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Müqavilə imzalandı - 4%-lə kredit alacaqlar

Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF), "ASAN Xidmət"in tabeliyindəki "ABAD" publik hüquqi şəxsi və "Azər-Türk Bank" ASC arasında birgə əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

 

Reklam_3_11

Sənədə əsasən, SKMF "ABAD"çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına dəstəkləyəcək, "Azər-Türk Bank" isə müvəkkil bank kimi həmin kreditləri illik faiz dərəcəsi 4 faizdən çox olmamaqla sahibkarlara çatdırıcaq.

 

Elə bugünki tədbir çərçivəsində ət və meyvə emalı, misgərlik, əl işləri və digər sahələrdə məşğul olan 12 sahibkara 150 min manat kredit verilib. 

 

Tədbirdə çıxış edən Fondun icraçı direktoru Şirzad Abdullayev deyib ki, indiyə qədər rəhbərlik etdiyi qurum layihələrinin ümumi dəyəri 4,5 mlrd. manat olan 34 600-dən çox sahibkara 2,1 mlrd. manatdan çox güzəştli kredit verib. Verilmiş kreditlərin 75%-i regionların, 25%-i isə Bakının qəsəbələrinin payına düşüb. 

06.03.2018 08:16

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ