Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Dövlət bankı Naxçıvan filialının ünvanını dəyişib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət bankı Naxçıvan filialının ünvanını dəyişib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət bankı Azər Türk Bankın Naxçıvan şəhərindəki filialı yeni ünvanda fəaliyyətini davam etdirəcəkdir.

 

Bankın yaydığı məlumata görə, filialın şəhərin mərkəzi küçəsində yerləşən yeni, ikimərtəbəli, geniş binaya köçürülməsi Bankın regionlarda xidmət şəbəkəsinin inkişaf etdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilmişdir.

 

Daim öz müştərilərinin rahatlığı qayğısına qalan Azər Türk Bankın bu addımda əsas məqsədi müştərilərin bank xidmətlərindən istifadəsi üçün daha əlverişli, komfortlu şərait yaratmaq, onlara daha üstün və operativ xidmət göstərməkdir. Qeyd edək ki, binanın həm praktik, həm də estetik həll yolları tətbiq edilməklə yaradılmış interyeri yüksək zövqlə tərtib olunmuş, otaqlar, əməliyyat zalları müasir tələblər səviyyəsində qurulmuşdur.

 

Filialda müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, ödənişlərin həyata keçirilməsi, valyuta mübadiləsi və digər bank xidmətləri təklif edilir. Yeni ofis müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

 

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

06.03.2018 10:19

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ