Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Gömrük büdcəyə 21 faiz daha çox vəsait köçürüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrük büdcəyə 21 faiz daha çox vəsait köçürüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 445 milyon 752 min manat təşkil edib.

 

Gömrük Komitəsinin statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,8% çoxdur.

 

Son ildə gömrük rüsumları üzrə daxilolmalar 20,2% artaraq 118,454 mln. manata, əlavə dəyər vergisi üzrə daxilolmalar 21,3% artaraq 308,71 mln. manata, aksizlər üzrə daxilolmalar 19,3% artaraq 13,171 mln. manata, yol vergisi üzrə daxilolmalar isə 10,3% artaraq 5,417 mln. manata çatıb. 

 

Fevralda büdcəyə 220 mln. manata yaxın vəsait köçürüb

 

Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 219 mln. 663,6 min manat təşkil edib.

 

2017-ci ilin fevral ayı ilə müqayisədə daxilolmalar 24 mln. 724,7 min manat və ya 12,68% çoxdur. Bu ilin yanvar ayı ilə müqayisədə isə daxilolmalar 6 mln. 424,7 min manat və ya 2,84% azalıb.

 

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 58 mln. 983,1 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 151 mln. 691,1 min manat, aksizlər üzrə 6 mln. 390,2 min manat, yol vergisi üzrə isə 2 mln. 599,2 min manat təşkil edib.

 

© Report

06.03.2018 10:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ