Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycandan Rusiyaya ixracı 8% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan Rusiyaya ixracı 8% artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan 2017-ci ildə Rusiyaya alma ixracını 8% - 66,846 min tonadək artırıb. Bu barədə fruitinfo.ru saytında məlumat verilir.

 

"2017-ci ildə Rusiyaya təzə meyvə və tərəvəz idxalı 2016-cı illə müqayisədə 17% artaraq 7,1 mln. ton təşkil edib. Tədarükün həcminin artması Türkiyə məhsullarının idxalına qoyulan məhdudiyyətin aradan qaldırılması, Çin, Misir, Azərbaycan və Moldova kimi ixracatçı ölkələrlə əlaqələrin qurulması ilə bağlıdır”, - deyə məlumatda qeyd olunur.

 

Ötən il Azərbaycandan RF-yə əsasən pomidor (157 min ton), xurma (102 min ton) və alma tədarük olunub.

 

2014-cü ildən etibarən Azərbaycandan Rusiyaya alma ixracında artım müşahidə olunur. 2014-cü ildə ixracın həcmi 43,4 min ton, 2017-ci ildə isə 66,846 min ton təşkil edib.

 

Bütövlükdə 2017-ci ildə Rusiyaya alma tədarükünün 9,5%-i Azərbaycanın payına düşüb.

 

© İnterfaks-Azərbaycan

06.03.2018 11:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ