Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıda yeni formatda marketlər açılır -1 GÜNDƏ 3-Ü AÇILACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda yeni formatda marketlər açılır -1 GÜNDƏ 3-Ü AÇILACAQ

 

“Azərbaycan Supermaarket” şirkəti daha 3 "Bravo"nu istifadəyə verməyə hazırlaşır.

 

"Marja" xəbər verir ki, martın 8-də Babək prospektində (Sərhədçi İdman kompleksindən yuxarıda), Qara Qarayev metro stansiyası yaxınlığında və Şərifzadə küçəsində (2 saylı Tibb kolleci ilə üzbəüz) "Bravo" marketi açılacaq.

 

Bravo-nun yeni fəaliyyətə başlayan mağazaları nə supermarket, nə hipermarket, nə də ki, ekspres market deyil. Yeni mağazalarımız "Convenience" formatda olacaq.


 "Convenience" nə deməkdir? 

 

"Convenience /kənˈviːnɪəns/ sözü latın mənşəli olub “convenire” sözündən götürülmüşdür, hansıki mənası razılaşmaq deməkdir. İngilis dilindən tərcümədə isə bu söz rahat, əlverişli və münasiblik mənalarını verir.

 

"Bravo-da biz müştərilərimizin ehtiyaclarının bizim üçün əhəmiyyətli olduğuna, hər bir ailə, fərd və sərfəli qiymətə yüksək keyfiyyətli məhsul əldə etmək istəyən hər bir şəxs üçün rahat və keyfiyyətlə xidmət göstərdiyimizə razıyıq. 

 

Beləliklə, biz sürətlə inkişaf edən şəhərin tələbini rahatlıqla qarşılaya bilən Bravo Convenience kimi tanınan yeni market formatını istifadəyə veririk. Bravo, sizi Fransa və İngiltərənin eksklüziv məhsulları ilə yanaşı, rahat parkinq, mehriban və gülərüz işçi heyəti və rahat alış-veriş üçün imkanı ilə təmin edir. 

 

Istər işdən evinizə qayıdan zaman ailəniz üçün vacib alış-veriş etmək, istərsə də işə gedərkən gün ərzində istədiyiniz bir məhsulu almaq olsun, bunlar üçün Bravo var. Supermarketdən daha kiçik ölçüdə olmasına baxmayaraq, bu market növü hər bir şəxsin gündəlik vacib tələbat məhsullarının satışını təmin edir. Canla-başla xidmətinizdə olan bütün işçi kollektivimizlə birlikdə hər birinizi Bravo-da gözləyirik!", - şəbəkədən bildirilib.

 

Yeni marketlərin ünvanları:

 

1.Yasamal rayonu, A.M.Şərifzadə 231/233 (2 saylı Tibb kolleci ilə üzbəüz);

2.Nizami rayonu, Tofiq Abbasov küç. 38, (Qara Qarayev metro stansiyasına yaxın);

3.Xətai rayonu, Babək pr. 94 (Sərhədçi İdman kompleksindən yuxarıda).

06.03.2018 12:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ