Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Birjaya çıxan şirkətlərə vergi güzəştlərinin verilməsi düşünülür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Birjaya çıxan şirkətlərə vergi güzəştlərinin verilməsi düşünülür
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda listinqə çıxan şirkətlər üçün müəyyən vergi güzəştlərinin tətbiqini təklif edir.  

 

Bu barədə açıqlamasında Palatanın Maliyyə bazarlarına nəzarət Departamentinin direktoru Cavid Nəzərov məlumat verib.

 

“Beynəlxalq təcrübədə listinqə çıxan şirkətlərin vergilərinin azaldılması və yaxud hər hansı qiymətli kağızı saxlayan investorun müəyyən müddətdən sonra gəlir vergisindən azad olması kimi nümunələr var. Biz bunu Azərbaycana gətirməyi düşünürük. Hələ ki, ilkin fikirlərdir. Dövlət orqanları ilə müzakirələr apardıqdan sonra qərar veriləcək” - deyə o, qeyd edib.

 

O, həmçinin milli reytinq agentliklərinin yaradılması imkanlarının qiymətləndirilməsi üçün artıq araşdırmalara başlanıldığını da qeyd edib:

 

"Araşdırmalar aparmışıq, amma eyni zamanda bazardan da məlumat gözləyirik. Bununla bağlı Azərbaycan Fond Bazarı İçtirakçıları Assosiasiyasına məlumat vermişik. Onlar öz təkliflərini verəcəklər. Banklarla da bu barədə müzakirə apardıqdan sonra artıq qərar veriləcək ki, buna ehtiyac var və yaxud yoxdur”. 

 

Milli reytinq agentliklərinin yaradılması imkanlarının qiymətləndirilməsi ilə bağlı məsələ "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə öz əksini tapıb. Buna uyğun tədbirlər planı hazırlanacaq və icrasına başlanacaq. Sözügedən tədbirin 2018-2019-cu illərdə həyata keçirilməsi nəzərdə tutulub.

 

© Report

06.03.2018 12:42

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ