Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azercell-in 4G şəbəkəsinə keç, 5GB internet hədiyyə qazan!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell-in 4G şəbəkəsinə keç, 5GB internet hədiyyə qazan!

Ölkəmizdə ən böyük 4G şəbəkəsinə sahib Azercell Telekom bütün abunəçilərinin 4G xidmətindən yararlanması məqsədilə yeni kampaniyaya başlayır.

 

İndi Şirkət 5GB internet paketini bütün abunəçilərinə hədiyyə edir.  Kampaniyadan yararlanmaq üçün abunəçilərə sadəcə 4G xidmətinə qoşulub, “4” rəqəmini 2525 qısa nömrəsinə SMS-lə göndərmək kifayətdir. 4G şəbəkəsində istifadəsi nəzərdə tutulan 5GB internet ilə abunəçilər əsl 4G sürətini sınamaq imkanı qazanacaqlar. Kampaniya haqqında ətraflı məlumatı www.azercell.com internet səhifəsində əldə etmək mümkündür.

 

Məlumat üçün bildirək ki, 4G xidmətindən istifadə edib yüksək sürətli internetdən faydalanmaq üçün müştərinin 4G dəstəkli telefonu,  4G xidmətini dəstəkləyən Sim Kartı və telefon ayarlarında şəbəkə seçimi 4G olmalıdır. Əgər nömrədə 4G xidməti aktiv deyilsə, abunəçilər Azercell Müştəri Xidmətləri ofislərinə yaxınlaşaraq  4G şəbəkəsini dəstəkləyən Sim kartları PULSUZ olaraq əldə edə bilərlər.

 

Qeyd edək ki, ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və  Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell 2017-ci ildə Bakı, Abşeron yarımadası ilə yanaşı, Gəncə, Bərdə, Şəmkir və Lənkəranda da 4G stansiyaları quraşdırdı və bununla da LTE xidmətini regionlara gətirən ilk mobil operator oldu. Ölkədə ən böyük LTE şəbəkəsinə sahib olan  Azercell-in 4G internet istifadəçilərinin sayı 2017-ci ildə əvvəlki illə müqayisədə 3 dəfə artdı, mobil internetdən istifadə həcmi isə 50% çoxaldı.

 

Məlumat üçün bildirək ki, 4G şəbəkəsinin təmin etdiyi inanılmaz yüksək sürət müasir İnternet məkanının təklif etdiyi mobil TV, videokonfrans, onlayn oyun və müxtəlif proqramlardan daha rahat istifadəni mümkün edir.
Azercell şirkəti abunəçilərinə yüksəksürətli mobil internetdən yararlanması istiqamətində təşəbbüslərini davam edəcək. 

06.03.2018 14:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ