Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ və Çindən "Şimali Koreya" açıqlaması

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ və Çindən "Şimali Koreya" açıqlaması
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, Şimali Koreya və Cənubi Koreya liderləri Aprel ayında keçiriləcək sammitdə görüşəcəklər.  

 

Reklam_3_11

"Marja" xəbər verir ki, ABŞ Prezidenti Donald Trump, Şimali Koreya ilə danışıqların davam etdiyini və uzun illər sonra bu istiqamətdə ilk dəfə ciddi səylərin göstərildiyini qeyd edib.
 

Trump, Twitter hesabından verdiyi açıqlamada,"Şimali Koreya ilə danışıqlarda mümkün irəliləyişlər təmin olunur. Uzun illərin ardından ilk dəfə bağlı bütün tərəflər ciddi səy göstərir. Dünya izləyir və gözləyir. Bəlkə bu boş bir ümiddir, amma ABŞ hər iki istiqamətdə də (müsbət və ya mənfi) daha irəli getməyə hazırdır". ifadələrini istifadə edib.
 

Pekin rəhbərliyi də, Cənubi Koreya və Şimali Koreyanın, liderlərin gələn ayın sonunda görüşmək barədə razılığa gəlməsindən məmnun olduqlarını bildirərək, koreyalıların razılaşması və iş birliyi üçün səylərini davam etdirmələrini gözlədiklərini bildirib.
 

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Gıng Şuang verdiyi yazılı açıqlamada, Cənubi Koreyadan Şimali Koreyaya edilən səfərin müsbət nəticələr verməsini razılıqla qarşıladıqlarını ifadə edib.

 

Sözçü Gıng, Çinin Koreya Yarımadasına yaxın bir qonşu olaraq, daim iki Koreyanın əlaqələrini inkişaf etdirmək üçün göstərdikləri səyləri və bağlı bütün tərəflərin dialoq və danışıqlar yolu yarımadanın nüvədən təmizlənilməsini, bu iki ölkənin özünümüdafiə narahatlıqlarına yönəlmiş səylərini dəstəklədiyini vurğulayıb.


 
Çin Xarici İşlər Nazirliyinin sözçüsü, Çinin bu məsələdə üzərinə düşəni etmək məsələsində istəkli olduğuna işarə edib.


 
Cənubi Koreyadan bu gün verilən açıqlamada, Seul və Pyongyang rəhbərliklərinin aprel ayı sonunda liderlər sammiti keçirmək məsələsində razılığa gəldiyi bildirilmiş, görüşün iki ölkə sərhədindəki Panmunjeom birgə təhlükəsizlik zonasında həyata keçirilməsinin razılaşdırıldığı bildirilmişdi.


 
Həmçinin Şimali Koreyanın Cənubi Koreyaya qarşı nüvə silahı istifadə etməməyi və ABŞ ilə razılaşdırılarsa nüvə və raket sınaqlarını dayandırmağa söz verdiyi bildirilmiş, Seul və Pyongyang rəhbərliklərinin hərbi gərginliyi azaltmaq üçün də xüsusi xətt yaradılmasına qərar verdiyi qeyd edilmişdi.

 

Şimali və Cənubi Koreya arasındakı müsbət atmosfer, Şimali Koreya lideri Kim Jong-un, yeni il çıxışında, "2018 PyeongChang" Qış Olimpiya Oyunlarına heyət göndərilməsini və bu barədə Seul ilə danışıqlara açıq olduqlarını söyləməsilə başlamışdı.

07.03.2018 05:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ