Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanlı "Dünyanın ən varlı 100 adamı" siyahısına düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı "Dünyanın ən varlı 100 adamı" siyahısına düşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan əsilli Rusiyalı iş adamı, "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov milyarderlərin ilk 100-lüyünə düşüb. 

 

Bu barədə məlumatı “Forbes” nəşri yayıb. 

 

Məlumata görə, TOP-100-də, ümumilikdə, 10 Rusiya vətəndaşı, o cümlədən Lisin, Mordaşov, Mixelson da yer alıb. 

 

“Forbes”in açıqladığı 2018-ci ilin zənginləri reytinqinə ilk dəfə olaraq “Amazon” şirkətinin sahibi Cef Bezos (112 mlrd. dollar) liderlik edib. Onun uğuru "Amazon"un səhmlərinin ötən il təxminən 60% bahalaşması bağlıdır.

 

II yerdə “Microdoft” şirkətinin yaradıcısı Bill Qeyts (90 mlrd. dollar) qərarlaşıb. Onun sərvəti ötən il 4 mlrd. dollar artıb. 

 

III yeri isə investor Uorren Baffet (84 mlrd. dollar) tutub. O, 2017-ci ildə sərvətini 8,4 mlrd. dollar artırıb. 

 

2017-ci ilin sonuna dünyanın 20 ən varlı adamının sərvəti 1,2 trln. dollar təşkil edib. Dünyadakı 2 208 milyarderin məcmu sərvətinin 13%-i məhz bu 20 adamda cəmləşib. İlk 20-likdə 2 qadın - Alisa Uolton (58,5 mlrd. dollar) və Fransuaza Betankur-Mayers (42,2 mlrd. dollar) yer alıb.

07.03.2018 06:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ