Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Gömrük məntəqələri PAŞA Bank-a həvalə edildi - TƏCHİZ ETDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrük məntəqələri PAŞA Bank-a həvalə edildi - TƏCHİZ ETDİ

PAŞA Bank ölkənin gömrük məntəqələrində POS-terminallar şəbəkəsinin quraşdırılmasına dair geniş miqyaslı layihəyə başlamışdır.

 

Reklam_3_11

Bankın yaydığı məlumata görə, bu layihə xarici iqtisadi fəaliyyət ilə məşğul olan yerli sahibkarlığın dəstəklənməsinə və nağdsız ödənişlərin stimullaşdırılmasına zəmin yaradacaqdır.


Layihə çərçivəsində Bakıda və ölkənin 7 regionunda fəaliyyət göstərən gömrük məntəqələrində POS-terminallar quraşdırılmışdır, yaxın gələcəkdə isə ölkə ərazisində fəaliyyət göstərən bütün Gömrük İdarələrində POS-terminalların quraşdırılması nəzərdə tutulub. POS-terminallar vasitəsi ilə bütün növ gömrük ödənişlərini kart vasitəsi ilə həyata keçirmək mümkün olacaq.


PAŞA Bankın İdarə Heyəti Sədrinin müavini Cavid Quliyevin sözlərinə görə, xarici iqtisadi fəaliyyət ilə məşğul olan şirkətlər, o cümlədən PAŞA Bank müştəriləri olan “Korporativ” və “Gömrük” kartlarına malik hüquqi şəxslər bu POS-terminal şəbəkəsi vasitəsi ilə rüsumları və vergiləri rahat şəkildə ödəməklə daha sərfəli tariflərdən faydalanacaqdır.

 

Qeyd edək ki, PAŞA Bank əlavə dəyər vergisi (ƏDV), aksiz vergisi, yük gömrük bəyannamələrinin rəsmiləşdirilməsi üçün rüsum və digər müvafiq vergilərin sürətli ödənişlərinin həyata keçirilməsi üçün müştərilərinə xüsusi kart – “Gömrük” kartı təqdim edir. Kartın istifadəsi müştərilərimizə gömrük ödənişləri üzrə əməliyyatlarını rahat formada izləmək, hesabatlıq və təhlil sistemini yaratmaq üçün imkanlar verir.

07.03.2018 07:20

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ