Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“AzerGold” yeni işgüzar əlaqələr yaradıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerGold”  yeni işgüzar əlaqələr yaradıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AzerGold” QSC-nin nümayəndə heyəti Kanadanın Toronto şəhərində təşkil olunan “PDAC 2018” (Prospectors & Developers Association of Canada 2018) adlı beynəlxalq konfransda iştirak edir.

 

Reklam_3_11

“AzərGold” QSC-nin nümayəndələri geoloji kəşfiyyat, metallurgiya, mədənçilik üzrə texnoloji nailiyyətlər, investisiyaların cəlb edilməsi və korporativ sosial məsuliyyət mövzularının müzakirələri üçün təşkil olunan platformalarda iştirak edərək bu sahələrdə mövcud müxtəlif yanaşma və müasir trendlərlə yaxından tanış olublar.

 

Bundan əlavə, Cəmiyyətin nümayəndə heyəti geniş tərkibli görüşlər keçirərək yeni işgüzar əlaqələr yaradıb. Belə ki, “Golder Associates”, “FLSmidth”, “Outotec”, “Metso”, “Vale”, “Newmont”, “BHB Billiton”, “Teck” və digər məşhur şirkətlərlə görüşlər təşkil olunub. Şirkətlər Cəmiyyətlə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirərək əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd ediblər.

 

Konfransın sərgi hissəsində yerləşdirilən Azərbaycanın qiymətli metal yataqları və əlvan metal sənayesi haqqında “AzerGold” QSC-nin məlumat stendi konfrans iştirakçılarının böyük marağına səbəb olub. Stendin ziyarətçiləri Cəmiyyətin qısa müddət ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndiriblər.

Hər il keçirilən beynəlxalq “PDAC” konfransı faydalı qazıntıların hasilatı ilə məşğul olan mütəxəssislər, təşkilatlar və şirkətlər üçün təşkil olunan dünyanın ən nüfuzlu tədbirlərindən biridir. 4-7 mart tarixlərində keçirilən builki konfransda 130 ölkəni təmsil edən 25 minə yaxın insan iştirak edir.

07.03.2018 07:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ