Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ötən il “Aqrolizinq” 342 milyon manatlıq texnika alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ötən il “Aqrolizinq” 342 milyon manatlıq texnika alıb

2017-ci ildə “Aqrolizinq” ASC kənd təsərrüfatı texnikası, mineral gübrələr və cins heyvan alışına 372,19 mln. manat vəsait yönəldib. Bu barədə hökumətdən məlumat verilib.

 

Reklam_3_11

“Ötən il “Aqrolizinq” müxtəlif tədbirlərin keçirilməsinə 372,19 mln. manat yönəldib. Xüsuisilə, 342,5 mln. manat 102, min ədəd ASK məhsullarının alışına yönəldilib. Bundan başqa, 2017-ci ildə 65,5 min ton mineral gübrələr, 7 min baş iri buynuzlu cins heyvan alıb”, - hökumətin 2017-ci il ərzində hesabatında qeyd olunur.

 

Ümumilikdə, 2017-ci ildə “Aqrolizinq” dövlət büdcəsindən 200 mln. manat əldə olunub, daha 172,19 mln. manat cəmiyyətin fəaliyyəti hesabına əldə olunan qaytarılan vəsait təşkil edib.

 

Hökumətin məlumatına görə, ötən il “Aqrolizinq”in 99,42 mln. manat məbləğində qaytarılmış vəsaiti ASK texnikasının lizinqi, 3,27 mln. manat - texnoloji avadanlığın lizinqi, 49,87 mln. manat - mineral gübrələr və pestisidlərin satışı, 16,26 mln. manat - servis xidmətləri, 3,46 mln. manat - digər xidmətlərin payına düşüb.

 

“Aqrolizinq” 2005-2017-ci illərdə texnika, avadanlıq və mineral gübrələrin alınması üçün 1,5 mlrd. manatdan çox vəsait əldə edib

 

© “İnterfaks-Azərbaycan”

07.03.2018 08:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ