Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Cənub Qaz Dəhlizi”nin maliyyələşməsi ilə bağlı Almaniya şirkəti və bankları ilə danışıqlara başlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Cənub Qaz Dəhlizi”nin maliyyələşməsi ilə bağlı Almaniya şirkəti və bankları ilə danışıqlara başlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

“Hazırda Cənub Qaz Dəhlizinin maliyyələşməsinin qalan hissənin təmin olunması ilə bağlı beynəlxalq maliyyə institutları ilə danışıqlar davam edir.

 

Bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov məlumat verilib.

 

Onun sözlərinə görə, Cənubi Qaz Dəhlizinin tərkib hissələri olan “Şahdəniz-2” və TANAP layihələrinin maliyyələşdirilməsi ilə bağlı Almaniya Federativ Respublikası ilə danışıqlar aparılıb, 1.5 mlrd. ABŞ dollaradək vəsaitin cəlb edilməsi üçün zəmanətin verilməsi ilə bağlı bu yaxınlarda Nazirliklərarası Komitənin İclasında razılıq əldə edilib.

 

O bildirib ki, zəmanətin verilməsində əsas məqsəd Almaniya şirkətlərinin iştirak etdiyi layihələrə maliyyə dəstəyinin verilməsidir: “Bildiyiniz kimi, 2013-cü ildə 9 Avropa şirkəti, o cümlədən Almaniyanın EON (“Uniper”) şirkəti ilə təbii qazın nəqli və satışı ilə əlaqədar uzunmüddətli müqavilələr imzalanıb. Maliyyələşmənin şərtləri ilə bağlı “Cənub Qaz Dəhlizi” QSC ilə Almaniyanın “Hermes” şirkəti və aidiyyəti banklar arasında danışıqlara başlanıb. Yekun şərtlər tam razılıq əldə edildikdən sonra müəyyənləşəcək”.

 

Qeyd edək ki, Cənub Qaz Dəhlizinə daxil olan layihələri paydaş şirkətlər ortaq şəkildə maliyyələşdirir. Azərbaycan tərəfi Cənub Qaz Dəhlizinin bütün seqmentlərində iştirak edir və buna görə, Hasilatın Pay Bölgüsü Sazişində dövlətin nəzərdə tutulan mənfəət payından başqa, hasilat və nəqldən əlavə gəlir əldə edəcək. Azərbaycan tərəfinin bütün layihə seqmentləri üzrə ümumi öhdəlikləri isə toplam sərmayə həcminin ¼ civarındadır.

 

İ. Əhmədov deyib ki, Cənub Qaz Dəhlizi beynəlxalq miqyaslı meqalayihədir: “Layihədə, Azərbaycan tərəfi ilə yanaşı, digər ölkələrin şirkətləri də iştirak edir. Cənub Qaz Dəhlizi həm Azərbaycan, həm də Avropa üçün iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb etdiyinə görə, Avropa Birliyi ölkələri də layihənin gerçəkləşməsini dəstəkləyirlər. Layihənin maliyyələşdirilməsi ilə bağlı daha əvvəl maraqlı tərəflərlə danışıqlar aparılmış, müvafiq maliyyə vəsaitləri təmin edilmişdir. Azərbaycan tərəfi CQD-nin seqmentləri üzrə öz maliyyə öhdəliklərinin ¾-dən çox hissəsini artıq yerinə yetirib”.

 

© APA

07.03.2018 15:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ