Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-ın xam neft ehtiyatları artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları artıb

ABŞ-ın kommersiya (satış) məqsədli xam neft ehtiyatları ötən həftə 2,4 milyon barel artıb.


 

Reklam_3_11

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının ötən həftə 2,4 milyon barrel (0,6 faiz) artaraq 425,9 milyon barrelə yüksəldiyini açıqlayıb.
 

"Marja" xəbər verir ki, bazar gözləntisi, ehtiyatların 2,7 milyon barrel artması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 3 milyon barel artım qeyd etmişdi.
 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da keçən həftə 0,2 milyon barrel artaraq 665,5 milyon barrelə çatıb.
 

ABŞ-ın həftəlik benzin ehtiyatları isə ötən həftə 0,8 milyon barrel (0,3 faiz) azalaraq 251 milyon barrelə enib.
 

Benzin ehtiyatlarına dair bazar gözlənti də 1,2 milyon barrel azalma olacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,5 milyon barel artım göstərmişdi.
 
 

Xam neft hasilatı son 8 həftədə 7 dəfə yüksəlib
 

ABŞ-ın xam neft hasilatı da keçən həftə, əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 86 min barel artımla 10,37 milyon barelə çatıb.
 

Bu nəticə ilə, ölkənin xam neft hasilatı son 8 həftədə 7 dəfə artım göstərmişdir.

 

ABŞ-ın xam neft idxalı da keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 721 min barel artımla 8 milyon barelə qalxıb, xam neft ixracı da gündəlik orta hesabla 53 min barel artımla 1,5 milyon barelə çatıb.

08.03.2018 04:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ