Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Vergi sanksiyalarından vergi işçilərinin maaşlarına əlavələrin verilməsinə dair məhdudiyyət ləğv edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergi sanksiyalarından vergi işçilərinin maaşlarına əlavələrin verilməsinə dair məhdudiyyət ləğv edilib

Nazirlər Kabineti "Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası"nda dəyişiklik edib.

 

Bu Qayda vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarından Vergilər Nazirliyinin  hesabına köçürülən vəsaitdən istifadə qaydasını müəyyən edir.

 

Bu Qaydalarda dəyişiklik büdcədənkənar vəsaitdən istifadə istiqamətləri artırılıb. Artıq vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə bu vəsaitlər hesabına məqsədli təqaüdlər də ödəniləcək.

 

Qaydaya əsasən indiyə qədər büdcədənkənar vəsaitin 50 faizi (lakin illik əməkhaqqı fondunun məbləğinin 2 mislindən çox olmamaqla) işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə ayrılıb. Bundan sonra büdcədənkənar vəsaitin 50 faizinədək olan məbləği bu məqsədlə ayrılacaq, ancaq bu halda illik əməkhaqqı fondunun məbləğinin 2 mislindən çox olmamaqla bağlı məhdudiyyət olmayacaq. Nazirlər Kabinetinin qərarı ilə bu məhdudiyyət ləğv edilib.

 

© APA

08.03.2018 04:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ