Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Neft qiymətlərinin düşməsi dayandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətlərinin düşməsi dayandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da rəsmi məlumatların xam neft ehtiyatlarının gözlənildiyindən daha az artdığını göstərməsilə neft qiymətlərinin düşməsi dayanıb. Ehtiyatların az artması ABŞ-da şist nefti hasilatının hədsiz artdığına dair narahatlıqları azaldıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları 2.41 milyon barel artıb. Ehtiyatların 3 milyon barel artım göstərməsi gözlənilirdi. ABŞ-ın ən böyük neft saxlama mərkəzi Cushing, Oklahomadakı ehtiyatlar 2014-dən bu yana ən aşağı səviyyəsinə enib.
 

Analitiklər bildirirlər ki, neft qiymətlərinin bu səviyyələrdən daha da yüksəlməsi üçün böyük bir katalizatora ehtiyacı var. Əgər şist nefti istehsalçıları istehsalı artırmağı dayandırarsa qiymətlərin aşağı düşməsi dayanacaqdır. Qiymətlərin yüksəlməsinə isə, OPEC və tərəfdaşlarının istehsalı azaltmalarının gələn il də davam edəcəyini açıqlamaları təkan verə bilər.
 

Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) 61.40 dollara, Brent nefti 0,2% bahalaşaraq 64.53 dollara qalxıb.

08.03.2018 06:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ