Bu qayda çayçıları qane etmir
Çayçılıqla məşğul olan fermer Vidadi Manafov gələcəkdə Azərbaycanın özünü çayla tam təmin edəcəyinə əmindir.
O deyib: “Çay çoxillik bitkidir. Yeni sahələr salırıq. Bu sahələrdən 5-6 il sonra məhsul götürmək mümkün olacaq. Ondan sonra həm yerli bazara daha çox məhsul çıxaracaq, həm də xaricə ixrac edəcəyik”.
Fermer bildirib ki, məhsul istehsalçıları topladıqları yaşıl yarpağı emal müəssisələrinin təyin etdiyi qiymət əsasında təhvil verirlər. Bu isə çox vaxt məhsul istehsalçılarını qane etmir. O, çıxış yolu kimi iri çayçılıq təsərrüfatlarında kiçik emal müəssisələrinin yaradılmasını təklif edib.
Cənub bölgəsində uzun müddət davam edən tənəzzüldən sonra çayçılıq hazırda özünün yeni inkişaf mərhələsini yaşayır.
Ötən il Lənkəran rayonunun çay plantasiyalarından 313 ton məhsul toplanılıb. Bu, əvvəlki illə müqayisədə 3 dəfə çoxdur. Astarada isə məhsul istehsalı 53,2 faiz artaraq, 345 hektardan 645,4 ton yaşıl çay yarpağı yığılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
13 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
15 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl