Ən yuxarı statik reklam_3

Səhiyyədə növbəti iri satınlama - 54 milyard dollar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səhiyyədə növbəti iri satınlama - 54 milyard dollar

ABŞ-ın tibbi sığorta şirkəti "Cigna Corp" şirkəti, sığorta təzminatları və dərman tədarükü xidmətləri göstərən "Express Scripts" şirkətini almaq üçün 54 milyard dollar dəyərində təklif təqdim edib. Satınalmada məqsəd tibbi sığorta xərclərini azaltmaqdır.

 

"Marja" xəbər verir ki, 1792-ci ildə yaradılmış "Cigna"nın satınalma xərci, "Express Scripts"in 15 milyard dollar həcmindəki borcları da daxil olmaqla 67 milyard dollara qədər çıxacaqdır. Yaranacaq yeni şirkətdə "Cigna" səhmdarları 64 faiz, "Express Scripts" səhmdarları isə 36 faiz paya malik olacaq.
 

"Cigna", maliyyələşdirmə üçün "Morgan Stanley" və "Tokyo - Mitsubishi"  bankından dəstək veriləcəyini açıqlayıb.
 

Səhiyyə sektorunda ötən aylarda bir başqa tibb sığortaçı "Aetna" da əczaçılıq şəbəkəsi "CVS" ilə 69 milyard dollar dəyərində bir birləşməyə imza atmışdı. "Cigna" və "Express Scripts" birləşməsilə mütəxəssislər sektordakı şaquli konsolidasiyaya diqqət çəkirlər.

09.03.2018 03:51

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ