Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Tramp dəmir və alüminiuma əlavə vergi qərarını imzaladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp dəmir və alüminiuma əlavə vergi qərarını imzaladı

 
ABŞ Prezidenti Donald Tramp, idxal dəmir və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz nisbətlərində gömrük tarifi tətbiq edilməsi barədə qərarını imzalayıb.
 

"Marja" xəbər verir ki, Tramp, mübahisəli gömrük vergisi qərarı üçün Ağ Evdə keçirilən imza mərasimində, "Bu gün verdiyimiz qərar, millətimizin təhlükəsizliyi üçün bir zərurətdir",- deyib.
 

ABŞ-ın dəmir və alüminium sənayelərinin uzun illərdir digər ölkələr tərəfindən hədəfə alındığını qeyd edən Tramp, güclü dəmir və alüminium sənayelərinin milli təhlükəsizlik üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.
 

Tramp, "Nəhayət uzun müddətdir davam edən problemi həll etmək üçün addım atırıq. Bu gün ABŞ-ın milli təhlükəsizliyini qorumaq üçün idxal dəmir və alüminiuma gömrük vergiləri tətbiq edirəm. Sərhədlərimizə gələn idxal dəmirə 25 faiz, alüminiuma 10 faiz gömrük tarifi tətbiq edəcəyik", - deyib.
 

Bununla yanaşı Tramp, ABŞ-a ticarət və hərbi sahələrdə ədalətli davranan "həqiqi dostlara" güzəştlər ediləcəyini deyib.

 

Qərar ən azı 15 gün sonra qüvvəyə minəcək. Məqsəd ticarət tərəfdaşlarının reaksiyalarını təhlil etmədir.


 
ABŞ Ticarət Nümayəndəsi Robert Lighthizer-ə dəmir və alüminiuma tətbiq edilən tariflərə qarşı alternativlər axtaran ölkələrlə müzakirələr aparmaq üçün tapşırıq verdiyini bildirən Trump, Kanada və Meksika ilə davam edən NAFTA danışıqları səbəbindən bu an etibarilə həmin vergilərdən azad ediləcəyini bildirib

09.03.2018 05:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ