Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Uçan avtomobil nəhayət satışda - QİYMƏTİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Uçan avtomobil nəhayət satışda - QİYMƏTİ

 
Hollandiya şirkəti "PAL-V" 15 ildir üzərində çalışdığı uçan avtomobilini satışa çıxarıb. Şirkət ön sifarişləri qəbul etməyə başlayıb .Avtomobillər 2019-cu ildən etibarən yollarda olacaq. Ancaq istifadə etmək üçün pilot vəsiqəsi lazımdır.



 
Dünyanın ilk uçan avtomobili olan və Cenevrə Avtomobil Sərgisində nümayiş etdirilən PAL-V üçün sifarişlər başlayıb. Avtomobili sərgi iştirakçılarına təqdim edən şirkət, sifarişləri öz internet saytı üzərindən qəbul edir.

Reklam_3_11


 
"Marja" xəbər verir ki, PAL-V-dən verilən açıqlamada, son təhlükəsizlik sertifikatlarının alınmasının ardından ilk təhvilin 2019-cu ildə həyata keçiriləcəyi qeyd olunub.


 
Avtomobil quruda 160 km sürətə çatarkən, havada 179 km son sürətə qədər çıxa bilir. 3352 metrə qədər yüksələn avtomobilin mənzili isə 563 km-dir.
 


Şirkətin açıqlamasına görə, PAL-V-nin yol rejimindən uçuş rejiminə keçməsi üçün bir düyməyə basmaq qədər asan olacaq. Bütün əməliyyat 10 dəqiqədən az tamamlanacaqdır.


 
İlk fazada məhdud sayda (90 ədəd) istehsal olunan avtomobillərin satışa çıxarılacağı qeyd edilib. Avtomobilin qiyməti 499 min avro (621 min 500 dollar) olacaqdır. Daha sonrakı variantın qiyməti isə 299 min avroya düşəcək. Şirkət, bu qiymətə uçuş dərslərinin də daxil olduğunu açıqlayıb.


 
Avtomobili işdarə etmək üçün pilot lvəsiqəsinə sahib olmaq lazımdır.

09.03.2018 05:39

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ