Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Servis və turizm nəqliyyatı üçün ideal avtomobil - H 350

iç səhifə xəbər başlığı altı (mobil)_31
Servis və turizm nəqliyyatı üçün ideal avtomobil - H 350

Azərbaycan yollarında H350-lər artır


 

Reklam_3_11

Sahibkarlığın qarşısındakı maneələrin bir-bir aradan qaldırılması ilə yeni turizm, xidmət və ticarət şirkətləri yaradılır. Şirkətlərin sayının artması ilə kommersiya avtomobillərinə də təlabat yaranıb. Həm qiyməti münasib olduğundan, həm də dizaynı və rahatlığı bəyənildiyindən Hyundai H350 son vaxtlar ən çox alınan kommersiya avtomobilidir. Xüsusilə, turizm və servis daşıyıcıları H350-nin mikroavtobus versiyasına maraq göstərirlər.

 

RƏQİBLƏRİNİN PLANLARINI ALT-ÜST EDİB

 

Hyundai şirkəti H350 modeli ilə rəqiblərinin yuxusunu qaçırıb, planlarını alt-üst edib. Hazırda Hyundai Motor 2015-ci ildə illik 110 min ədəd istehsal gücü ilə dünyada yüngül kommersiya avtomobili istehsalçıları arasında 12-ci yeri tuturdu. Hyundai növbəti beş il ərzində kommersiya avtomobilləri istehsalını 190% artıraraq illik 320 min ədəd istehsal gücünə çatdırmağı planlaşdırır. Hyundai Motor 2020-ci ilin sonundan etibarən dünyanın ən böyük 5 kommersiya avtomobili istehsalçısından biri olmağı hədəfləyir.

 

H350 avtomobilləri Türkiyənin "Karsan" şirkətinin Bursadakı zavodunda istehsal edilir.

 

H350 mikroavtobus, furqon, yük avtomobili olmaqla 3 versiyada təklif olunur.

 

ƏSLƏN ASİYALI OLAN AVROPALI

 

H350 modelində Hyundai loqosunun böyük yer tutması, öndən arxaya doğru uzanan cizgilər, faraların yanlara doğru uzanması avtomobilin "Avropa işi" olduğunu göstərir. Avropa işi deməyimizin arxasında yalnız xarici görünüş dayanmır. Minik avtomobilindən götürülən rahatlıq,  ağıllı texnologiyalar, təhlükəsizlik sistemləri bu avtomobili avropalı edir. Hyundai-ın bu modellə hədəf bazarı Avropadır.

 

ASAN İDARƏETMƏ PANELİ

 

Avtomobilin idarəetmə paneli istifadə asanlığı təmin edir. Hər şey sürücünün əli altındadır. Salonda əşyaların saxlanması üçün çoxlu yerlər mövcuddur. Burada sürüşmənin qarşısını alan materialdan istifadə edilib. Avomobildə üç ədəd elektrik cərəyanı mənbəyi var. Həm telefon, həm də planşeti eyni vaxtda enerji ilə doldurmaq mümkündür. Bu kiçik, amma əhəmiyyətli detallar avtomobili müasir edir.

 

44 DƏRƏCƏLİK GÖRÜŞ BUCAĞI

 

Kommersiya avtomobilərinin ən mühüm xüsusiyyətlərindən biri panoramik görüş bucağıdır. H350-nin sürücü kabinəsi görüş məsafəsi baxımından da mükəmməldir. 44 dərəcəlik görüş bucağı olan ön şüşə və H350-nin böyük yan şüşələri sayəsində sürücü ətrafı daha geniş görə bilir.

 

MİNİK AVTOMOBİLİ KOMFORTUNDADIR

 

Avtomobilin rahatlığına gəldikdə isə, Hyundai minik avtomobilinin komfortunu kommersiya avtomobilinə köçürə bilmişdir. Sürətə nəzarət, arxa təhlükəsizlik kamerası, park yardımı sistemi və silgiləri hərəkətə gətirən yağış sensoru bunlardan bir neçəsidir. H350-nin minik avtomobilinə bənzəyən başqa bir özəlliyi də sürüş rahatlığıdır. Avomobilin  McPherson amartizatorları, ön və arxa yayları hər cür yükləmə şəraitində komfortlu və təhlükəsiz sürüş imkanı verir. H350 modeli 12,9 metrlik dönüş diametri ilə şəhərdaxili istifadəyə çox uyğundur. Sükanın kiçik olması da manevri asanlaşdıran bir xüsusiyyətdir. Rahatlıq və komfort təmin edən bu xüsusiyyətlər, avtomobilin sürücüsünün məmnuniyyətini artırmaqla bərabər, eyni zamanda təhlükəsizlik və səmərəlilik də təmin edir.

 

9 SÜRÜŞƏ DƏSTƏK SİSTEMİ MÖVCUDDUR

 

Doqquz ədəd sürüşə dəstək sistemi sürücüyə yardım edir. Bu sistemlərdən Aşmağa Nəzarət Sisteminin (Anti – Roll),  Ani Tormozlama Xəbərdarlıq Sisteminin, Mühərrik və Əyləc Nəzarətli Çəkiş Sisteminin, Elektron Tarazlıq Nəzarəti Sisteminin, Hidravlik Əyləc Assistentinin, Yoxuşda Dəstək Sisteminin, Təcili Dayanma Siqnalının adını çəkmək olar. Bundan başqa, avomobildə "Zolaq izləmə" sistemi də var.

 

ZƏRBƏNİ İTİRƏN KAPOT

 

Hyundai mühəndisləri mümkün toqquşma hallarında sürücünün və sərnişinlərin təhlükəsizliyini maksimum səviyyəyə qaldırmaq üçün araşdırmalarını davam etdirirlər. Mühəndislərin son kəşflərindən biri zərbə itirən kapotdur. Bu kapot zərbə qüvvəsini yanara bərabər şəkildə paylayaraq, gücü azaldır.  H350, seqmentində qəzalara qarşı dözümlülük baxımından ən yaxşı reytinqə malikdir. 

 

Azərbaycanda H350 avtomobilinin 155 və 170 at güclərində 2,5 litr CRDi turbo diezel mühərriklə və 6 pilləli mexaniki transmissiya ilə təchiz edilmiş modelləri alıcılara təklif olunur. Xüsusilə, H350-nin 170 at gücündə mühərriklə təchiz edilən versiyası seqmentində birincidir.  H350 kommersiya avtomobilləri arasında ən güclü mühərrikə malik nəqliyyat vasitəsidir.

 

YANACAQ SƏRFİYYATINA BÖYÜK TÖHFƏ

 

H350-nin yanacaq qənəti təmin edən "Idle Stop & Go" adlanan ağıllı dayan-get texnologiyasını da qeyd etmək lazımdır. Sistem avtomobil dayananda mühərriki avtomatik olaraq söndürür və bir saniyə ərzində yenidən işə salır. Həmçinin sürətlər qutusu qənaətli sürüş təmin edir. İnkişaf Etdirilmiş Akkumulyator İdarəetmə sistemi isə tormozlama enerjisini akkumulyatorun doldurulmasına yönəldir. Bütün bu amillər yanacaq sərfiyyatını 10%-ə qədər azaltmağa kömək edir. Həmçinin “Ekonomik sürüş” düyməsini sıxdıqda motor qənaətcil rejimə keçərək yanacaq sərfiyyatını əlavə 2 faiz azaldır.

 

H350-lər, sinfində ən az yanacaq sərf edən vasitələrdən biridir.Avtomobil 100 km-də orta hesabla 8 litr yanacaq sərf edir.

 

MƏKTƏBƏ, İŞƏ VƏ İSTİRAHƏTƏ GETMƏK ÜÇÜN KOMFORTLU AVTOMOBİL

 

H350-nin mikroavtobus vesiysında komfortlu sərnişin kresloları, müasir işıqlandırma və səs sistemi, rəflər, kondisioner, açılan yan şüşələr, minib-düşmək üçün elektrikli pilləkən və s. mövcuddur. H350  mikroavtobusunun “13 sərnişin + 1 Sürücü” və “16 Sərnişin + 1 Sürücü” versiyaları mövcuddur. Texniki və təchizat xüsusiyyətlərinə baxdıqda,  H350 işçilər, məktəb və turizm nəqliyyatı üçün ideal bir vasitədir.

 

DAHA ÇOX YÜK DAŞIMAQ İMKANI

 

H350-nin  yüklərin daşınması üçün  nəzərdə tutulmuş versiyaları isə yük tutumu xüsusiyyəti ilə seçilir. 3,665 mm uzunluqda uzun çarx bazasına malik modellərə 12.9 m³ yük tutumu ilə 5 avropalet yerləşdirilə bilər. Sinfində birinci olan qısa çarx bazalı versiyasına isə 10.5 m³ yük tutumu ilə 4 avropalet asanlıqla yerləşdirilə bilər.

 

H350-nin furqon versiyası 270 dərəcəyə qədər açılan arxa qapılara, 690 mm-lik yükləmə hündürlüyünə malikdir.

 

H350 avtomobilini Hyundai markasının Azərbaycanda rəsmi distribyutoru olan “Auto Azərbaycan” şirkətindən almaq mümkündür.  

 

Avtomobilə paslanmayacağı və çürüməyəcəyi barədə 10 il zəmanət verilir. Bundan başqa 3 il limitsiz kilometr zəmanəti də təqdim edilir.

 

Daha ətraflı: http://hyundai.az/az/h350

 

09.03.2018 10:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ