Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Çindən ABŞ-a sərt reaksiya

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çindən ABŞ-a sərt reaksiya

Çinin Ticarət Nazirliyi, ABŞ-ın dəmir və alüminiuma tətbiq etdiyi əlavə gömrük vergisi ilni pisləyərək, ölkə rəhbərliyini beynəlxalq ticarət sisteminə zərər verməkdə günahlandırdı.
 

"Marja" xəbər verir ki, Çin Ticarət Nazirliyindən verilən açıqlamada, ABŞ rəhbərliyinin, idxal dəmir və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz nisbətlərində gömrük tarifi tətbiq edilməsi qərarı ilə milli təhlükəsizlik adı altında himayəçilik etdiyi və çoxtərəfli ticarət sisteminə zərər verdiyi qeyd edilib. Bu qərarın beynəlxalq ticarət qaydalarına ciddi zərər verəcəyi vurğulanıb.
 

Reklam_3_11

Dünya Ticarət Təşkilatı, Avropa İttifaqı və çoxlu sayda ölkədən qərara sərt reaksiyalar verildiyinə diqqət çəkən açıqlamada, Çinin də öz qanuni hüquq və maraqlarının təhlükəsizliyini təmin etmək üçün güclü tədbirlər görəcəyi vurğulanıb.
 

Bundan başqa, ABŞ, beynəlxalq ticarəti təmsil edən təşkilata hörmət etməyə və sözügedən qərarı gecikmədən ləğv etməyə dəvət edilib.
 

ABŞ Prezidenti Donald Trump, idxal dəmir və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz gömrük tarifi tətbiq edilməsi qərarını imzalayıb, mübahisəli gömrük vergisi üçün "Bu gün verdiyimiz qərarlar, millətimizin təhlükəsizliyi üçün bir zərurətdir. Nəhayət uzun müddətdir davam edən problemi həll etmək üçün addım atırıq. Bu gün ABŞ-ın milli təhlükəsizliyini qorumaq üçün idxal dəmir və alüminium gömrük vergiləri tətbiq edirəm", - ifadələrini işlətmişdi.
 

Çinin xarici işlər naziri Vanq Yi isə mətbuata verdiyi açıqlamada, bir ticarət müharibəsi olması vəziyyətində layiqli cavab verəcəklərini, ancaq bu müharibənin hər kəsə zərər verəcəyini bildirmişdi.

09.03.2018 08:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ