Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bank sektoru 6 milyard manatdan çox xarici borcdan xilas olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank sektoru 6 milyard manatdan çox xarici borcdan xilas olub

2018-ci ilin Yanvar ayının sonuna bankların xarici öhdəlikləri 2 milyard 267.2 milyon manat (1 milyard 333 milyon dollar) təşkil edib.

 

"Marja" Mərkəzi Bankın statitikasına istinadən xəbər verir ki, bu, 2017-ci ilin sonu ilə müqayisədə 41,1 milyon manat azdır.

 

Ötən ilin sentyabr ayında Azərbaycan Beynəlxalq Bankı ASC-də aparılan sağlamlaşdırma tədbirləri ilə əlaqədardır olaraq bankların xarici öhdəlikləri 6 milyard 428.3 milyon manatdan 2 milyard 706.5 milyon manata düşmüşdü (3 milyard 721,8 milyon manat azalmışdı ). Qeyd edək ki, Beynəlxalq Bankın xarici borcları dövlətə ötürülüb. 

 

Ötən 4 ayda bankların xarici öhdəlikləri 439,3 milyon manat azalıb.

 

Bankların öhdəlikləri devalvasiyalardan sonra Dolların bahalaşması ilə əlaqədar olaraq 2016-cı ilin Yanvar ayının sonunda 8 milyard 385.9 milyon manata  qalxmışdı (bu günkü məzənnə ilə 5 milyard dollara yaxın, 2016-nın yanvarındakı məzənnə ilə təxminən 4,4 milyard dollar). Artıq bank sektoru, həm dolların bir qədər ucuzlaşması, həm də borcların qaytarılması və dövlətə ötürülməsilə 6 milyard 118,7 milyon manatlıq xarici borcdan xilas olublar. 

09.03.2018 08:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ