Həyatını sığortalayan öldü, vərəsələri 119 min manat aldı

 “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” şirkəti 2017-ci ilin son altı ayı ərzində həyat sığortası üzrə ödənişlərinin məbləğini açıqlayıb. 


Şirkətin yaydığı məlumat görə, “Atəşgah Həyat” SŞ 2017-ci ildə istehsalatda bədbəxt hadisələrdən icbarı sığorta üzrə 1 737 978 AZN, həyat sığortasının digər növləri üzrə isə 5 387 645 AZN ödəniş etmişdir.

 

2017-ci ilin son altı ayı ərzində “Atəşgah” Sığorta Şirkəti tərəfindən istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə ödənilən ən yüksək məbləğli həyat sığortası 49 758 AZN olmuşdur. Həmin ilin may ayında istehsalat və satış fəaliyyəti ilə məşğul olan müəssisənin 3 nəfər işçisi yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. “Atəşgah Həyat” SŞ tərəfindən vəfat edən şəxslərin qanun üzrə faydalanan şəxslərinə sığorta ödənişi edilmişdir.

 

Eyni zamanda, həmin ilin avqust ayında könüllü müddətli həyat sığortası üzrə sığortalanmış sığorta olunanın xəstəlik səbəbindən vəfatı ilə əlaqədar onun vərəsələrinə 2017-ci ilin avqust ayında “Atəşgah Həyat” SŞ tərəfindən 119 049 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

 

Bundan əlavə, kredit müqaviləsi üzrə borcalanların könüllü həyat sığortası üzrə ən yüksək məbləğli həyat sığortası 15000 AZN təşkil etmişdir.

9 Mart 2018 , 12:02   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin