Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Dollar ilə bağlı önəmli məlumatlar açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar ilə bağlı önəmli məlumatlar açıqlandı

Qlobal bazarların səbirsizliklə gözlədiyi ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı və işsizlik göstəricisi açıqlandı.

 

PREMİUM KARTLARA 50% ENDİRİM

 

“Marja” xəbər verir ki, 2018-ci ilin Feval ayında ABŞ iqtisadiyyatı kənd təsərrüfatı xaricində 313 min məşğulluq yaradıb. Məşğulluğun 200 min artacağı gözlənirdi. Bundan əvvəl, Yanvarda məşğulluğun 200 min nəfər artdığı açıqlanmışdı.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Fevralda işsizlik göstəricisi isə 4,1% -də qalıb. İqtisadçılar işsizliyin 4.0%-ə düşəcəyini gözləyirdilər. Yanvarda ABŞ-da işsizlik 4,1% təşkil etmişdi.

 

ABŞ-da Fevralda orta saatlıq maaşlar illik müqayisədə 2,6%, aylıq müqayisədə 0,1% artıb. Proqnozlar müvafiq olaraq 2,8% və 0,2% idi. 

 

Saatlıq maaşlar yüngül geriləyib. Belə ki, saatlıq maaşlar Yanvarda illik müqayisədə 2,8%, aylıq müqayisədə 0,3% artmışdı. 

 

Məlumatın açıqlanmasından sonra, Dollar Avro qarşısında cüzi bahalaşıb (saat 17:39-da Avro/Dollar məzənnəsi 1.2295 dollar olub). Məşğulluq proqnozdan çox artsa da, maaşların artması gözləntiləri qarşılamayıb.

 

Eyni zamanda, Yanvar ayı kənd təsərrüfatı xaric məşğulluq göstəricisi 200 mindən 239 minə, Dekabr ayının göstəricisi 160 mindən 175 minə dəyişdirilib.

 

Məşğulluq və əməkhaqqı göstəriciləri Fed-in faiz artımları baxımından əhəmiyyət kəsb edir.

Bugünkü məlumat, məşğulluq bazarının güclü qalmağa davam etdiyini və iqtisadi artımı dəstəkləməyə davam edəcəyini göstərib. Fed böyük ehtimalla Mart ayının 21-də başa çatacaq iclasında faiz artıracaqdır. 

 

2018-ci il ərzində Fed-in 3 əvəzinə 4 faiz artırıb-artırmayacağı maraqla izlənir.
 
 
Moody'sin analitiki Ryan Sweet "maaşların sürətlənməsi üçün hər şey uyğundur, ancaq bu vaxt alacaq" şərhini edib.

 

Maaşların istənilən səviyyələrdə artmaması inflyasiyanı sürətləndirmir. İnsanların maaşları daha çox artmadığından, çox da xərcləmirlər. Əgər maaşlar gələn aylarda daha sürətli artarsa, insanlar xərclərini də artıracaq və bu inflyasiyanı sürətləndirəcəkdir. Beləliklə, Fed-in daha çox faiz artıracağı ehtimalı güclənəcəkdir. Çünki Fed inflyasiyanın 2%-ə çatmasını, amma daha çox yüksəlməsini istəmir.

09.03.2018 14:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ