Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Fitch Türkiyənin kredit reytinqini aşağı saldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fitch Türkiyənin kredit reytinqini aşağı saldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Marja" xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings, Türkiyənin kredit reytinqini "investisiya edilə bilər" səviyyəndən bir pillə aşağıya endirib. Proqnozunu isə "sabit"də saxlayıb.
 

Beləliklə, kredit reytinqi "BBB-"dən "BB+"a düşüb və Azərbaycan, Bəhreyn və Portuqaliya ilə eyni səviyyəyə gəlib.

Reklam_3_11

 

Fitch ilə bərabər, Moody's İnvestor Service və S&P Global Ratings də Türkiyəyə "investisiya edilə bilər" səviyyəndən aşağı səviyyədə not təyin etmişdi.


 
Fitch açıqlamasında, iqtisadi inkişafın 2016-ci ilin 2-ci yarısında kəskin şəkildə düşdüyünü və Türkiyənin son illərdəki performansının olduqca aşağı olduğunu və çox aşağı sürətlə toparlanmasının gözləndiyini qeyd edib.


 
Fitchin açıqlamasına görə, iqtisadi artım təhlükəsizlik, siyasi şərait və yaxın perspektivdə pul vahidinin (Lirənin) dəyərdən düşməsi nəticəsində yaranan zəif daxili tələbat ilə əlaqədar olaraq aşağı qalacaq.

 

Türk Lirəsi dollar qarşısında, Fitchin açıqlamasının ardından ucuzlaşmasını (0.9 faiz) davam etdirib 3.8833 səviyyəsini görüb.

 

Türk Lirəsi Dollar qarşısında, Moodys-un Türkiyənin kredit reytinqini ötən ilin Sentyabrda "investisiya edilə bilər" səviyyəndən aşağı salmasından bu yana dəyərinin dörddə birini itirib və xarici investorlar sözügedən dövrdə 3 milyard dollar məbləğində dövlət istiqrazı satıb.

 

Reytinqin aşağı salınması, investor etibarının kövrək olduğu bir dövrdə Türkiyənin xarici kapital cəlb etmək səylərini daha çətinləşdirəcək. Türkiyə, cari əməliyyatlar kəsirini bağlamaq üçün xarici borclanmaya gedə bilər.

28.01.2017 06:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ