Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Fövqəladə Qəbələdəki "biabırçılıq" barədə məlumat yaydı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fövqəladə Qəbələdəki "biabırçılıq" barədə məlumat yaydı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ rayonunun Laza kəndində orta məktəbdə baş verən yanğın barədə məlumat yayıb.

 

Reklam_3_11

FHN-in mətbuat xidmətindən bildiriblər ki, martın 6-da Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 14 kilometr məsafədə yerləşən və çətin şəraitli yolu olan rayonun Laza kənd orta məktəbində yanğın baş verib. Yanğın barədə ilk məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə mərkəzinə həmin gün saat 13:27 dəqiqədə daxil olub. Dərhal hadisə yerinə Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq olaraq, hər biri 6, 8 və 9 ton su və köpük əmələ gətirən məhlul ilə təchiz olunmuş 3 yanğınsöndürən avtomobili göndərilib. İlk yanğınsöndürmə avtomobili saat 13:55 dəqiqədə hadisə yerinə çatıb və dərhal yanğının söndürülməsi işlərinə başlanılıb.

 

Çətin yol şəraitində 14 kilometr məsafəni qət etmiş yanğınsöndürmə avtomobillərindən birinin su nasosunda yaranmış nasazlıq səbəbindən həmin avtoçəndən yanğın yerinə suyun verilməsi dayanıb.

 

“Təəssüf hissi ilə qeyd edirik ki, bəzi sosial şəbəkələrdə düzgün olmayan məlumatların yayılması və baş verən hadisələrə başqa “don geyindirərək” görülən işlərə kölgə salınmasına cəhd göstərilib. Belə ki, yuxarıda qeyd olunduğu kimi, məktəbin binasında baş vermiş yanğın söndürülərkən yanğınsöndürmə avtomobillərindən birinin su nasosunda yaranmış nasazlıq səbəbindən həmin avtoçəndən yanğın yerinə suyun verilməsi prosesi dayanan zaman bəzi şəxslər hadisəni videogörüntüyə alaraq yanğınsöndürən avtomobillərin hadisə yerinə susuz gəlməsi fikrini aşılamağa çalışıblar.

 

FHN bir daha bildirir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın texnikaları lazımi odsöndürücü vasitələrlə (su və köpük əmələ gətirən məhlul) tam təmin olunaraq döyüş hesabında saxlanılır. Heç bir halda döyüş hesabında olan yanğın texnikası hadisə yerinə susuz yürüş etmir.

 

MƏKTƏB DİREKTORU CƏRİMƏLƏNİB

 

Həmçinin qeyd olunmalıdır ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın təhlükəsizliyi sahəsindəki çoxsaylı pozuntularla bağlı həmin məktəbin rəhbərliyinə ötən illər ərzində dəfələrlə xəbərdarlıqlar edilib. Bu il yanğından 3 gün əvvəl, məktəb direktoruna yanğın təhlükəsizliyi sahəsində inzibati xətaya yol verdiyi üçün 2018-ci il 3 mart tarixli 0000532 saylı protokol tərtib edilib”, - deyə FHN-in məlumatında bildirilir.

09.03.2018 14:54

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ