Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Putin: “Trampa mane olanlar var”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Putin: “Trampa mane olanlar var”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ prezidenti Donald Tramp Vaşinqton və Moskva arasında münasibətlərin normallaşmasını istəyir, lakin ona mane olanlar var.

 

Bunu Rusiya prezidenti Vladimir Putin NBC telekanalına müsahibəsində bəyan edib.

 

“Biz sizə düşmən damğası vurmamışıq. Siz parlament səviyyəsində, Konqres səviyyəsində Rusiyanı düşmən siyahısına daxil etmisiniz. Niyə bunu etdiniz? Məgər biz ABŞ-a qarşı sanksiyalar tətbiq etmişik? ABŞ bizə qarşı sanksiyalar tətbiq edib. Biz başqa ölkələrin işlərinə qarışmırıq. ABŞ isə daima Rusiyada seçkilərə müdaxilə edir və hətta bunu gizlətmir. Güman edirəm ki, Donald Tramp münasibətlərin normallaşmasını istəyir, amma ona mane olan qüvvələr var”, deyə V.Putin əlavə edib.

 

Rusiya prezidenti həmçinin deyib ki, iki ölkə arasında gərginliyin azalması, münasibətlərin normallaşdırılmasının tərəfdarıdır.

 

© APA

10.03.2018 06:05

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ