Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Amaniyadan ABŞ-a reaksiya - "ZƏRƏRLİ OLACAQ"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Amaniyadan ABŞ-a reaksiya - "ZƏRƏRLİ OLACAQ"

Almaniyanın Baş naziri Angela Merkel, ABŞ-ın dəmir və alüminium idxalına əlavə vergilər tətbiq etməsinin hər kəs üçün zərərli olacağını deyib.
 

"Marja" xəbər verir ki, Merkel, Münhendə Almaniya iqtisadiyyatının nümayəndələri ilə görüşünün ardından verdiyi açıqlamada, ABŞ-ın müəyyən məhsullar üçün gömrük vergilərini qaldırmasını narahatlıqla qarşıladıqlarını bildirib.
 

Reklam_3_11

"Əlavə vergilərin olması yaxşı deyil. Bunun yalnız bir ölkəyə deyil, iqtisadiyyata təsiri var. Nəhayət hər kəs üçün zərərli olacağına inanırıq",- deyən Merkel, kimsənin bundan qazanclı çıxmayacağını ifadə etdib.
 

Buna görə də məsələyə dair ABŞ ilə danışıqlar aparmaq istədiklərinə diqqəti çəkən Merkel, "Əlbəttə, biz Avropa tərəfi olaraq da reaksiya göstərə bilərik",- deyib.
 

Prioritetin ABŞ ilə danışıqlar aparmaq olduğunu dilə gətirən Merkel, "ABŞ ilə ticarət müharibəsi olacağından həqiqətən qorxursunuz? sualına, "Mən indi müharibə sözünü ağzıma almaq istəmirəm. Bu indi bizə kömək etməz", -cavabını verib.
 

Almaniya hökumətinin sözçüsü Georg Streiter də Alman hökumətinin birtərəfli əlavə vergiləri rədd etdiyini bildirərək, "Biz bu gömrük vergilərini hüquqa zidd görürük", deyib
 

Əlavə vergilərin deyildiyi kimi, ABŞ-ın milli təhlükəsizliyi ilə hər hansı bir əlaqəsi olmadığını və tamamilə iqtisadi maraqlara xidmət etdiyi fikrində olduqlarını qeyd edən Streiter, ABŞ-ın bu qərarını Avropa Birliyi çərçivəsində yaxşı bir şəkildə təhlil edərək, necə bir cavab veriləcəyini düşünəcəklərini vurğulayıb.

10.03.2018 07:09

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ