Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

2017-də dövlətin özəlləşdirmədən əldə etdiyi gəlirlər açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
2017-də dövlətin özəlləşdirmədən əldə etdiyi gəlirlər açıqlanıb

2017-ci ildə dövlət əmlakının özəlləşdirilməsindən Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 106 mln. manatı ötüb. Bu barədə hökumətdən məlumat verilib.

 

Reklam_3_11

“Ötən il pul hərraclarında dövlət müəssisələrinin səhmlərinin, səhmdar cəmiyyətlərdə dövlət payının satışı, torpaq sahələri, kiçik və orta müəssisələri, daşınar əmlak, başa çatmayan tikililər və s. özəlləşdirilməsi daxil olmaqla, dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 106 mln. manatı ötüb”, - hökumətdən qeyd ediblər.

 

Bununla yanaşı, 2017-ci ildə dövlət büdcəsində torpaq sahələrinin icarəsindən 6,8 mln. manatdan artıq, qeyri-yaşayış obyektlərinin icarəsindən 1,8 mln. manatdan artıq vəsait daxil olub.

 

Hökumətin məlumatına görə, ötən il 310-dan artıq qeyri-yaşayış obyekti icarəyə verilib, 320-dən artıq qeyri-yaşayış obyekti üzrə icarə müqavilələrinin müddəti uzadılıb və 130-dan artıq obyektin icarəsi üzrə müqavilələr ləğv edilib.

 

Bundan əlavə, 2017-ci ildə 320 dövlət daşınmaz əmlak obyekti üçün torpaq sahələri özəlləşdirilib.

10.03.2018 07:38

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ