Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Əmanətlərin Sığortalanması Fondu “Elektron Hökumət” portalında!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmanətlərin Sığortalanması Fondu “Elektron Hökumət” portalında!

Əmanətlərin Sığortalanması Fondu https://www.e-gov.az “Elektron Hökumət” portalında 10 mart 2018 –ci il tarixindən ilk xidmətini təqdim edir.

 

Reklam_3_11

Fondun yaydığı məlumata görə, “Əmanətçilərin şəxsiyyətini təsdiq edən sənəd məlumatlarının dəqiqləşdirilməsinə dair elektron müraciət” elektron xidməti vasitəsilə ləğv prosesində olan bankların əmanətçilərinin şəxsiyyətini təsdiq edən məlumatlarınının dəqiqləşdirilməsi mümkündür.

 

Bunun üçün ilk növbədə “Elektron hökumət” portalının təqdim etdiyi 4 autentifikasiya vasitələrinin birindən istifadə etməklə  qeydiyyatdan keçmək vacibdir. Bu zaman ilk olaraq vətəndaşın şəxsiyyət vəsiqəsi üzrə məlumatları ekranda görünür. Təqdim olunan anket üzrə şəxsiyyəti təsdiq edə biləcək digər məlumatları isə vətəndaş özü əlavə edə bilər. Bu sıraya istifadəçinin əlaqə nömrəsi, e-mail və daxil etdəcəyi şəxsiyyəti təsdiqləyən digər təsdiqedici sənəd ola bilər. İstifadəçi doldurulmuş formadakı məlumatların doğruluğunu təsdiq edib “göndər” düyməsini sıxmaqla müraciətini göndərmiş olur.

 

2012-ci ildən istifadəyə verilmiş «Elektron Hökumət” portalı dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi, müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi, ictimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və dövlət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsini nəzərdə tutur.

 

Məlumatda qeyd olunur ki, Əmanətlərin Sığortalanması Fondu informasiya texnologiyalarının geniş tətbiqi üzrə fəaliyyətini davam etdirir.

 

Bu sırada mərkəzləşmiş məlumat informasiya idarəetmə sisteminin yaradılması üzrə hazırlıq işlərini göstərmək olar ki, bu sistem vasitəsilə ƏSF və ləğv prosesində olan bankların əməliyyatlarının vahid mərkəzdən idarə olunmasının təmin edilməsi və məlumatların vahid məlumat bazasında real vaxt rejimində emal olunması planlaşdırılır.

 

Bundan başqa ləğv prosesində olan bankların balansındakı əmlakların satışı üçün təşkil olunan hərraclara elektron sistem vasitəsilə sənədlərin qəbulu və emalı üçün hazırlıq işləri aparılır ki, gələcəkdə bu sistemin genişlənərək elektron hərrac portalına cevrilməsi nəzərdə tutulur.

 

ƏSF-nin informasiya texnologiyalarının tətbiqi üzrə daha bir layihəsi fiziki və hüquqi şəxslərin ləğv prosesində olan banklara kredit borcunun hökumət elektron ödəniş sistemləri vasitəsilə həyata keçirilməsindən ibarətdir.

10.03.2018 10:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ