Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar”

Dünyada olan yeni nağdsız ödəmə sistemləri sizə maraqlıdır? Kartınızı POS-terminala daxil edib sürüşdürərkən etdiyiniz ödəmələrin arxasındakı sistem necə? Çox zaman yanımızdan ayırmadığımız smartfonlarımız həm də kredit və debit kartlarının funksiyalarını yerinə yetirə biləcəyini bilirdiniz mi bəs? Əgər ardıcıllıqlıq bəli, bəli, xeyr kimi gedirsə bu məqalə tam sizlikdir. 

 

Məlum məsələdir ki, nağdsız ödəmə vasitələrinə maraq, eləcə də onların çeşidliliyi durmadan artır. Bu tip vasitələrin sürətlə yayılmasının arxasında isə, təbii ki, bir çox iqtisadi və sosial səbəblər durur. Sosial səbəblərə nağdsız ödəmənin insanların həyat səviyyəsində yaratdığı müsbət dəyişiklikləri – məsələn, məkan və zamanın öz əhəmiyyətini nisbətən itirməsini-insanların internet bağlantısı olan hər bir yerdən istənilən zaman, heç bir yerə getmədən ödənişlərini rahatlıqla edə bilmələrini, uzaq məsafələrə qısa müddət ərzində rahatlıqla pul göndərə bilmələrini, fiziki bir pulqabına ehtiyacın olmamasını, eyni zamanda çoxlarının bank hesablarında pullarının daha yaxşı qorunduğunu düşündüyünü göstərə bilərik. 

 

Nağdsız ödənişin artırılmasını zəruri edən bir sıra iqtisadi səbəblər də vardır. Gəlin bu səbəbləri həm ölkə miqyasında, həm də individuallar üçün nəzərdən keçirək.


Son illərdə ölkədəmizdəki pulun miqdarı nəzərə çarpacaq dərəcədə artdığı üçün pulların idarə edilməsi daha səmərəli qeydiyyat və ödəniş sistemlərinin qurulmasını tələb edir. Bu isə, təbii ki, ancaq pul köçürmələrini elektronlaşdırmaqla mümkündür. Bundan əlavə, ölkədə mövcud olan pulları fiziki şəkildə, yəni kağız formada saxlamaq da kifayət qədər xərc tələb edir və kapitalın köçürülməsini çətinləşdirir. Kağız pullar eyni zamanda dələduzlara saxta pul istehsal edib dövriyəyə buraxmaq üçün əlverişli şərait yaradır. Elektronlaşdırılmış ödəmə sistemi eyni zamanda ölkədə biznes mühitini dirçəldir. Beləki, ancaq nağd pul ilə fəaliyyət göstərən təşkilatlar asanlıqla dövriyyəni,eləcə də gəliri dövlət orqanlarından gizləyə bilirlər. Bu isə onların vergidən yayınmasına səbəb olur. Zərərlər isə bununla bitmir. Qanunsuz yolla ödəməkdən yayındıqları vergi sahibkarlara imkan verir ki, onlar məhsulun maya dəyərini digərlərinə nisbətən aşağı salsınlar. Beləliklə, bazarda azad ticarət kobudcasına pozulur. Hətta bəzən həmin təşkilatla eyni sektorda fəaliyyət göstərən digərləri də məhsullarının qiymətini tarazlaşdırmaq üçün məcbur olurlar ki, gəlirlərini dövlətdən gizləyib vergidən yayınsınlar. Vergidən yayınma hallarının ən mənfi cəhətlərindən biri də korrupsiyanın genişlənməsinə yol aça bilməsidir.

 

Beləliklə, nağdsız ödənişlərin həcminin artırılması ölkəmizdə azad ticarətin inkişafına, daha ədələtli bir biznes mühitinin yaranmasına, saxta pulların aradan qaldırılmasına, xəzinə gəlirlərinin artmasına, vergi toplanması sisteminin təkmilləşdirilməsinə, eyni zamanda bu sahədə ola biləcək korrupsiya hallarının minimuma endirilməsinə töhfə verər. 

 

Yaxşı, bəs onda nağdsız ödənişlərin həcmini artırmaq üçün nə edə bilərik?

 

Təbii ki, həm sahibkarlara, həm də individuallara stimul vermək lazımdır ki, nağdsız ödəmə sistemlərinə keçsinlər. Mən təklif edərdim ki, yeni innovativ ödəmə sistemlərinin quraşdırılması həm müəssisələr üçün məcburi edilsin, həm onlara yeni texnologiyaların quraşdırılması üçün müəyyən qədər yardım ayrılsın. Nağd ödəmələr üçün yuxarı limit qoymaq, kommunal, mağaza və s. bu kimi gündəlik ödəmələri nağdsız edənlərə vergi güzəşti və ya endirim də uğurlu addım ola bilər. Nağdsız ödənişlərin ölkə iqtisadiyyatına verə biləcəyi töhfələr haqqında danışdıq. İndi isə məsələyə vətəndaşın nöqteyi nəzərindən baxaq. Son trendlər, eyni zamanda bu trendlərin altında yatan səbəblər haqqında müşahidələrimi sizinlə bölüşmək istərdim. Daha da maraqlısı bu sahədə dünyada olan yeniliklərdən də danışacağıq. 

 

Mərkəzi bankın açıqladığı statistikanın 2016-cı ilin 4-cü rübünün sonlarından 2017ci ilin sonuna doğru olan hissəsindən də müşahidə edə biləcəyimiz kimi elektron ticarətin genişləndirilməsinə hazırki POS-terminallarin və bankomatların sayı əngəl deyil. Beləki, verilən dövr ərzində bankomatların və POS-terminalların sayında müəyyən qədər azalma olsa da, onlardan istifadə edən müştərilərin sayında təqribən 500,000 nəfərlik bir artım müşahidə olunub. Bu isə bir ödəniş kartına və POS-terminala düşən əməliyyatların orta aylıq manatla həcmində nəzərəçarpan artışa yol açıb. Ümumiyyətcə, həm debet, həm də kredit kartları ilə olan əməliyyatların həcmində artış baş verib. Verilmiş digər statistikalardan belə bir qənaətə gəlmək olar: verilən dövr ərzində bankomatlardan edilmiş nağdsız ödənişlərin həcmi kiçik bir miqdarda olsa da, azalıb. POS-terminallarda isə bu trendin tam əksi- 40 faizdən çox artım müşahidə olunur. Fikrimcə, burdan iki nəticə çıxara bilərik:

 

1. Əlimizdə olan bankomat və POS-terminal sayısı kifayət edir ki, ilkin mərhələdə nağdsız ödənişlərin sayını daha artıraq. Onların sayının kəskin artırılmasına ehtiyac yoxdur.


2. Nağdsız ödəniş vasitələrini kobud formada desək “əhalinin ayağına gətirmək” lazımdır. Müştərilər daha çox onlara olduqları yerdən rahatlıqla və sürətli bir şəkildə ödəniş etməyə imkan verən bir sistem istəyirlər. Bu səbəbdəndir ki, nağdsız ödənişlərdə ATM-lərdən istifadə azalsa da, hər bir POS-terminala düşən ödənişlərin həcmində 40 faizdən çox artım baş vermişdir. 


Bildiyimiz kimi ATM-lərdən əsasən kartdan pul çəkmək, karta pul yükləmək üçün istifadə olunur. Hətta artıq valyuta dəyişmə məntəqəsi kimi fəaliyyət göstərə bilən, kartdan karta pul yükləmək mümkün olan ATM-lər belə var. Bütün bunlara baxmayaraq, debit və kredit kartlarından istifadə artsa da, ATM-lərdən edilən nağdsız ödənişlər azalıb. Belə bir sual çıxır: insanlar xərclərini nağdsız formada həyata keçirməkdə getdikcə maraqlı olurlarsa, nə üçün nağdsız ödəmələrdə ATM-lərdən istifadə azalıb ?


Mənim şəxsi variantım budur ki, insanlar artıq ATM-lərin gördüyü bir çox təməl fuksiyaların daha rahat alternativlərini kəşf ediblər. Bir çox xərcləri ödəməyə imkan verən MilliÖn aparatları həmin xərclər üzrə ATM-lərdən istifadəni azaldır. Digər ən əsas alternativlər internet banking vasitəsilə kartdan karta pul yükləmənin mümkün olması və ATM-lərdən ödənilən ödənişləri daha rahat ödəməyə imkan verən sistemlərin yaradılmasıdır. Artıq əvvəlkinə nisbətən daha çox insan maaşı kartla alır, eyni zamanda digər ödənişləri də müxtəlif elektron kanallar üzərindən əldə edir. Belə olduqda sizcə hansı daha sərfəli olar, kartdakı pulu aparıb ATM-dən nağda çevirib xərcləmək, yoxsa elə birbaşa kartdan? Eləcə də kartdan karta pulu aparıb ATM-dən, yoxsa birbaşa internet vasitəsilə oturduğunuz yerdən yükləmək asan olar? 

 

Bütün bunlara baxmayaraq hələ də bir çox vətəndaş kifayət qədər təcrübəsi olmadığından, belə deyək bilgisizliyindən internet bankçılığının təklif etdiyi üstünlüklərdən faydalana bilmir. Hətta əhalinin bir hissəsi ATM-lərdən istifadədə belə çətinlik çəkir. Əgər nağdsız ödənişlərin sayının artırılmasını istəyiriksə, əhalinin bu sahədə maarifləndirilməsi prioritetlərdən olmalıdır.

 

Nağdsız ödəmə sistemlərindən danışıb ölkəmizdə yeni yaradılmış elektron pulqabı- portmanat barədə yazmamaq ,yəqin ki, olmazdı. Bu elektron pulqabı vasitəsilə kommunal xərclər də daxil olmaqla bir çox gündəlik ödənişləri evdən edə, eləcə də başqa hesablara pul yükləyə bilərsiniz. Çox başınızı ağrıtmamaq üçün https://portmanat.az/page/portmanat linkini bura yerləşdirirəm ki, portmanata pulun yüklənmə qaydası da daxil olmaqla sizə lazım olan bir çox zəruri məlumatları buraya daxil olaraq əldə edə biləsiniz.

 

İndi isə dünyada olan nağdsız ödəmə sistemləri barədə ümumi məlumat verək.Bunlara MTS, EMV, NFC texnologiyaları ilə işləyən sistemləri, PayPal-ı, Amazon şirkətinin açdığı Amazon Go mağazasını göstərə bilərik. Deyərdim ki, ən maraqlısı elə sonuncudur. Mağazada heç bir satıcı və ya gözləmə növbəsi yoxdur. İstədiyinizi alıb çıxırsız heç kimə heç nə demədən. Daha sonra əvvəldən açmış olduğunuz Amazon hesabınızdan pul avtomatik çıxılıb çeki telefonunuza gəlir. Fantastik səslənir elə deyil mi? Onu da deyim ki, Amazon şirkəti nə bu sistemin hansı texnologiyaya əsaslandığını tam detalı ilə ictimaiyyətə açıqlayıb, nə də bu qəbildən olan mağazaların sayını artırıb. Amazon Go mağazası haqda yeganə bildiyimiz onun “just walk out” adlanan, özü özünü idarə edən maşınlardakı sistemə bənzəyən bir texnologiya ilə işləməsidir. Bu mağazadan cəmi bir ədəd ABŞ-da , 2131 7th Ave, Seattle, WA 98121 ünvanında var. Bu mağaza modeli maraqlı səslənsə də, hələki dünya səviyyəsində oturuşmuş bir sistem deyil. 

Keçid alaq praktiki olaraq daha əhəmiyyət kəsb edən sistemlərə- MTS, EMV,NFC – ya. MTS- plastik kart dedikdə ağlımıza ilk gələn klassik maqnit lentli kartların oxunduğu sistemdir. EMV kartları MTS sistemi ilə işləyən kartların daha təkmil, çip əlavə olunmuş formasıdır ki, bu da onları daha etibarlı edir. EMV kartları barədə daha ətraflı qeyd edəcəyik. 

Daha innovativ olan NFC texnologiyalarına misal olaraq PayPass, payWave, Apple Pay və Samsung Pay –i göstərə bilərik. NFC texnologiyası ,qısaca desək, contactless payment –i , yəni kartla oxuyucunu birbaşa təmas etdirmədən edilən ödənişi həyata keçirməyə imkan verir. 

MasterCard PayPass və visa payWave texnologiyaları – NFC texnologiyasına əsaslanan bu xidmət MasterCard və visa tərəfindən təklif olunub gündəlik kiçik həcmli ödənişlərin ödənilməsi üçün nəzərdə tutulmuşdur. Bu zaman heç bir pin daxil etmək və ya kartı POS- terminala daxil edib sürüşdürmək lazım olmur. Müştərinin etməli olduğu tək şey kartını contactless , yəni birbaşa təmas olmayan terminala yaxınlaşdırıb ödəniş etməkdir. Bu kartlar həm vaxta qənaət, həm də rahatçılıq baxımından əladır. Lakin ödənişin limiti az olduğu üçün adətən restoranlarda gündəlik yemək kimi kiçik həcmli ödənişlər üçün nəzərdə tutulmuşdur. Bu iki kartın yeganə fərqi isə Visa payWave-in PayPass-dan fərqli olaraq həm də debit kart kimi istifadə oluna bilməsidir (debit kartın kredit kartdan fərqi odur ki, ona əvvəlcədən pul yükləmək olur, yəni ödəniş etdikdə pul birbaşa kart sahibinin balansından çıxılır, kredit kartda isə ödəniş sonradan olunur).

Axır ki, smartfonlarımızla əlaqədar olan hissəyə- “Apple Pay” və “Samsung Pay” -ə çatdıq. Onlar bizə imkan verir ki, smartfonumuzdan istifadə edərək ödəniş edək. Başqa cür desək, smartfonlarımız plastik ödəmə kartlarımızın rolunu oynayır.

Apple Pay–də hətta heç bir proqram yükləməyə belə ehtiyac yoxdur. Yeni təklif olunan modellerdə bu funksiyalar telefonu alarkən olur. Telefondakı “Wallet” (pulqabı) bölməsinə daxil olub kartınızı qeydiyyatdan keçirdikdən sonra Apple Pay- dən istifadə edərək ödənişlərinizi edə, hətta lazım olduqda mesaj vasitəsilə pul belə göndərə bilərsiniz.


Samsung Pay- mahiyyətcə Apple Pay-ə bənzəsə də iki əsas fərqli məqam diqqətimizi çəkir:


1. Burada mobil tətbiqi sonradan yükləmək lazım gəlir.
2. Bu ödəmə vasitəsi həm NFC, həm də MTS texnologiyaları ilə işləyə bilir. Onun bu funksiyası imkan verir ki, hələ NFC texnologiyası ilə işləyən oxuyucular quraşdırılmamış yerlərdə belə müştərilər Samsung Pay-I işlədərək ödəniş edə bilsinlər.


Maraqlı səslənir, deyil mi? Bəs bu sistem necə işləyir?

 

NFC texnologiyaları ilə işləyən cihazlar aktiv (oxuyucu – “reader”) və ya passiv (NFC kartlar və ya lazımlı proqram yüklənmiş smartfonlar-bunlar “tag” adlanır) olur. “Tag” – ı ödəniş etdiyimiz məntəqədəki kart oxuyucuya yaxınlaşdırırıq. Oxucu buradan passiv NFC cihazına əvvəlcədən daxil edilmiş kartdakı məlumatı qəbul edir və lazım olan məbləğ çıxılır. Bu iki innovativ texnologiyanın digər bir alternativi Google şirkətinin istehsalı olan Android Pay-dir. Funksiyaları demək olar ki, eynidir. 


Hər şey kənardan çox sərfəli və ağlabatan görünür, hə? O zaman belə bir sual yaranır: bəs nəyə görə bizdə bu texnologiyalar yoxdur? Səbəb isə sadədir. Bizim bir çox müəssisələrimizdə NFC “tag”-ları oxuya biləcək qurğular yoxdur. Siz Apple Pay və ya Samsung pay-i aktiv etsəniz belə onlardan ödənişi qəbul edə biləcək zəruri texnologiya olmadığı müddətcə onların verdiyi ödəmə imkanlarından faydalana bilməyəcəksiniz. Buradan da belə bir nəticə çıxara bilərik ki, yalnız məlumatlandırmaq yeni ödəmə vasitələrinin işlədilə biləcəyi sistemləri qurmadan heç nədir. 

Son olaraq EMV kartları barədə də məlumat verib yazımı yekunlaşdırmaq istəyirəm. EMV kartları-Maqnit lentli kartların çip əlavə olunmuş daha təhlükəsiz formasıdır. Təhlükəsiz olmasının əsas səbəbi kartların hər dəfə fərqli birdəfə istifadəlik şifrə yaratmasıdır. Adi MTS kartlarda isə eyni informasiya təkrar təkrar istifadə olunur.Bu yeni texnologiya müqayisəli təhlükəsiz olsa da, ödəniş prosesi NFC texnologiyasına nəzərən daha çox vaxt aparır. Yəqin ki, hər müştəridə 10 saniyə gecikmənin böyük mağazalar üçün nə demək olduğunu təsəvvür edirsiniz. Onsuz da uzun olan kassa növbələri daha da uzanardı. Buna görə də EMV kartlarını gələcəyin geniş yayılmış bir nağdsız ödəniş vasitəsi kimi görmürəm. Bu baxımdan NFC texnologiyası daha sərfəlidir.

Məqalənin sonunda bir daha vurğulamaq istərdim ki, nağdsız ödəniş artırılmasında həm dövlət, həm sahibkarlar, həm də müştərilərin özləri (yəni biz) bir yerdə hərəkət etməlidirlər. Dövlət daha çox tənzimləyici bir rol oynamalıdır. O, sahibkarlara stimul verməlidir ki, onlar həm öz müəssisələrində ən yeni ödəmə imkanlarını müştərilərə təqdim etməkdə, həm də özlərinə aid olan digər ödəmələri elektron formada həyata keçirməkdə maraqlı olsunlar. Müştərilər isə məlumatlandırılmalıdırlar ki, onlar həm nağdsız ödənişin faydalarından, həm də nağdsız ödəniş zamanı üzləşə biləcəkləri problemlərin minumuma endirilməsi yollarından agah olsunlar. 
 

Bu məqalə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” adlı birgə müsabiqəsinə təqdim olunur.

 

Müəllif: Əsəd Qaralov,
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin II kurs tələbəsi

 

Əsəd Qaralov “Erasmus+” mübadilə proqramı çərçivəsində təhsilini Türkiyənin Hacettepe Universitetində davam etdirir

10.03.2018 07:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ