Azərbaycana sement və klinker idxalı 15% azalıb

2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycana 371,4 min ton sement və klinker idxal edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisindən 15,3% azdır. Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

“Ölkəyə ümumilikdə 17 mln. 348,7 min dollar dəyərində (аzаlma 32%) sement və klinker idxal olunub”, - deyə məlumatda deyilir.

 

Bundan başqa, 11 ay ərzində Azərbaycana 41 mln. 917,3 min dəyərində (azalma 29,3%) 136,9 min ton mineral gübrə (artım 7,5%) idxal olunub.

 

Hesabat dövründə ölkəyə 152 mln. 166,1 min dollar dəyərində 253,3 min ton metalyayma məhsulu (azalma 0,6%), 40 mln. 379,7 min dollar dəyərində 92,15 min ton qara metaldan hazırlanan çubuqlar (azalma 61,3%),  19 mln. 128 min dollar dəyərində 26 min 417,8 ton qara metaldan hazırlanan günyə (azalma 36,8%),  434 mln. 173,8 min dollar dəyərində 223,3 min ton qara metaldan hazırlanan boru (azalma 51,3%) idxal edilib. 

28 Yanvar 2017 , 10:51   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin