Ən yuxarı statik reklam_3

Mebel istehsalı da, xaricdən idxalı da artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mebel istehsalı da, xaricdən idxalı da artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda mebel istehsalı sənayesində artım qeydə alınıb.

 

Belə ki, 2017-ci ildə ölkədə 66,5 milyon manat dəyərində mebel istehsal olunub.

 

Qeyd edək ki, bu göstərici 2016-cı il üzrə göstərici ilə müqayisədə 16,2 faiz artım deməkdir.

 

Nazirlər Kabinetinin 2017-ci il üzrə fəaliyyətinə dair hesabatında qeyd olunub ki, ölkədə mebel istehsalı həm daxili, həm də xarici bazarın tələbatlarını ödəyir.

 

Ümumilikdə isə hesabat dövründə 147,2 milyon manat dəyərində ağac emalı, kağız və karton istehsalı qeydə alınıb.

 

İDXAL DA ARTIB

 

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 13 milyon 447 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu isə ötən ilin müvafiq dövründən 15,9%, yaxud da 1 milyon 842 min dollar çox olub.

 

Hesabat dövründə mebel idxalının Azərbaycanın ümumi idxalında payı cəmi 0,93% olub.

 

Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə mebel və onun hissələri ümumi idxalda 1,19% pay təşkil edib.

11.03.2018 07:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ