Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Plastik borular istehsal edəcək yeni müəssisə işə düşəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Plastik borular istehsal edəcək yeni müəssisə işə düşəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Cahan Pen” Məhdud Məsuliyyətli Cəmiyyətinin plastik boru, profil və aksesuarlar istehsal edəcək yeni müəssisəsində artıq son tamamlama işləri görülür, avadanlıqlar quraşdırılır.


"Marja" xəbər verir ki, müəssisədə istehsal olunacaq məhsulların daxili tələbatı ödəməklə yanaşı, Müstəqil Dövlətlər Birliyi ölkələrinə ixrac olunması da planlaşdırılır.

Reklam_3_11


Qeyd edək ki, istehsal müəssisəsinin inşasına 2017-ci ildə başlanılıb, 2018-ci ilin mart ayının əvvəllərində istifadəyə verilməsi planlaşdırılır. Burada Türkiyə, Çin və Tayvan istehsalı olan tam avtomatlaşdırılmış avadanlıqlar quraşdırılır. Müəssisədə 38 istehsal sahəsi və müasir laboratoriya istifadəyə veriləcək.

 

Laboratoriyada məhsulun keyfiyyəti, zərbəyə davamlılığı və digər parametrlər analiz olunduqdan sonra satışa buraxılacaq. Gücü ayda 1500 ton olacaq müəssisədə qapı-pəncərə profilləri, polipropilen əsaslı kompozit və sadə içməli su, eləcə də polietilen suvarma boruları, lambir, saydinq və aksesuarlar, müxtəlif boru fitinqləri olmaqla, 7 növdə və 160 çeşiddə məhsul istehsal olunacaq. Müəssisə tam fəaliyyətə başlayandan sonra burada 285 yeni iş yeri açılacaq.


İstehsal obyektinin yaradılmasında “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının 7 milyon vəsaiti və Sahibkarlığa Kömək Fondunun 5 milyon manat güzəştli kreditindən istifadə olunub.

12.03.2018 04:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ