Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

8 milyard manatdan çox idi, 4,5 milyard manata düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
8 milyard manatdan çox idi, 4,5 milyard manata düşdü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İlk devalvasiyadan əvvəl, 2014-cü ilin sonunda bankların ev təsərrüfatlarına verdikləri kreditlər (əsasən istehlak kreditləri) 7 milyard 731.8 milyon manata çatmışdı.

 

“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2015-ci ilin Fevralında baş vermiş devavasiyadan sonra 8 milyard 416.7 milyon manata qalxan ev təsərrüfatlarına verilmiş kreditlər 2018-ci ilin Yanvar ayının sonunda 4 milyard 522.8 milyon manata düşüb (46% azalıb).

 

Ev təsərrüfatlarına verilmiş kreditlər aydan-aya azalır. 2018-ci ilin yanvar ayında azalma 83,7 milyon manat təşkil edib. 2017-ci ilin sonunda ev təsərrüfatlarına verilmiş kreditlər 4 milyard 606.5 milyon manat təşkil etmişdi.

 

2018-ci ilin Yanvar ayının sonuna olan məlumata görə, ev təsərrüfatlarına verilmiş 4 milyard 522.8 milyon manat kreditlərin 1 milyard 707.8 milyon manatını  daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilmiş kreditlər təşkil edib. Yanvarda daşınmaz əmlakın tikintisinə və alınmasına verilmiş kreditlər 29,5 milyon manat azalıb.

 

Qeyd edək ki, Yanvar ayının sonunda banklarda ödəmə vaxtı keçmiş kreditlər 1 milyard 695.9 milyon manata çatıb. Ödəmə vaxtı keçmiş kreditlərin bir hissəsi də ev təsərrüfatlarına verilmiş kredilərə aiddir.

12.03.2018 05:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ