Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qışda istilik xərclərini azaltmağın 4 yolu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qışda istilik xərclərini azaltmağın 4 yolu

Qış, gözəl qar mənzərələri ilə bərabər yüksək qaz və işıq pulu da gətirə bilir. Bu dövrdə qənaət edərək istilik xərclərini azaltmaq mümkündür.


 
Qışda soyuqdan qorumağın dörd yolu:


 
 1. Kombini söndürməyin


 
Gecə yatarkən kombini bağlayanlardansınız? O zaman bu adətinizdən əl çəkin. Əgər kombini söndürsəniz, gecə əşyalar və divarlar soyuyur, gündüz isə istiləşməsi zaman alır. Gecə kombini bağlamaq əvəzinə ən aşağı dərəcəyə gətirərək, qənaət təmin edə bilərsiniz. 


 
 2.Qalın pərdələr istifadə edin


 
Qış aylarında gündüz vaxtlarında eviniz az da olsa günəş alarkən, gecə pəncərədən içəriyə soyuq girir. Bu səbəbdən qalın pərdələr istifadə edərək soyuqun girməsini əngəlləyə bilərsiniz.


 
3. Pəncərə və qapılara yapışqanlı lif (maçalka) yapşıdırın


 
Qapı və pəncərələrdən gələn soyuğu əngəlləmək üçün yapışqanlı lifdən istifadə etmək olar. Münasib qiymətə ala biləcəyiniz bu yapışqanlı lifləri asanlıqla pəncərə və qapıya yapışdıra bilərsiniz.

 

 
 4. İzolyasiya


 
Evi soyuqdan qorumağın ən yaxşı üsulu bayırdan izolyasiyadır. Binanızın xarici cəbhəsində istilik izolyasiyası təmin edərək, istilik ilə bağlı xərcləri azalda bilərsiniz. Yaşadığınız binada izolyasiya yoxdursa, qonşular və ya komendant ilə danışıq bunu həll edə bilərsiniz.

28.01.2017 08:07

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ