Azərbaycanda pensiya sistemi tamamilə sığorta prinsiplərinə əsaslanacaq
“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər minimum pensiya məbləğinin tətbiqini nəzərdə tutur. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 3-də keçiriləcək iclasında qanuna dəyişikliklərin layihəsi müzakirəyə çıxarılacaq.
"Layihə “Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyasına uyğun olaraq hazırlanıb”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, dəyişikliklər minimum pensiya məbləğinin tətbiqini nəzərdə tutur. "Biz qanuna yeni element – minimum pensiya məbləği elementini daxil edirik. Əgər pensiya hesablanarkən onun məbləği minimum pensiya məbləğindən çox olarsa, işçiyə iş stajından asılı olmayaraq pensiya təyin olunacaq. Əks halda staja baxacağıq. Əgər işçinin 25 illik stajı varsa, biz sistemin vəsaitləri hesabına ona mimimum pensiya təyin edəcəyik", - deyə S.Müslümov qeyd edib.
O əlavə edib ki, nəticədə hazırda pensiyanın təyin edilməsi üçün tələb olunan minimum 12 illik sığorta stajı ləğv olunur.
Nazir vurğulayıb ki, “əmək pensiyasının baza hissəsi” anlayışının ləğv edilməsi də nəzərdə tutulur. "Bunun nəticəsində pensiya sistemi tamamilə sığorta prinsiplərinə keçir. Pensiya işçinin fərdi hesabında yığılmış vəsaitlər əsasında təyin olunacaq”, - deyə nazir bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 16 saat əvvəl
-
18 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 20 saat əvvəl
-
21 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
21 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl