Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Qazaxıstan və Azərbaycan razılaşıb - 1 milyon tona çatdırılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstan və Azərbaycan razılaşıb - 1 milyon tona çatdırılacaq

"Azərbaycanın taxıla olan təlabatı ildə 3-3,5 mln tondur. Ötən il Azərbaycan-Qazaxıstanın Hökumətlərarası Komissiyasının iclasında tərəflər razılığa gəliblər ki, Qazaxıstandan Azərbaycana taxıl ixracının illik həcmi 1 mln. tona çatdırılsın". 

 

Qazaxıstan mətbuatı xəbər verir ki, bunu Bakı Taxıl Terminalının İdarə Heyətinin sədr müavini Erjan Baymuhametov deyib.

 

Bundan başqa, onun sözlərinə görə, iki ölkənin birgə layihəsi olan terminal beynəlxalq nəqliyyat layihələrinin iştirakçısı olacaq:

 

"Taxıl Azərbaycana bu terminal vasitəsilə 12 ildir ki, göndərilir. Artıq yeni bazarlara çıxmaq şansı yaranıb. Bu il planda olan əsas məsələlərdən biri Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından istifadə etmək, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Qazaxıstan taxılını Türkiyə və Yaxın Şərq bazarına çıxarmaqdır".

 

Xatırladaq ki, Bakı Taxıl Terminalı Azərbaycan ilə Qazaxıstan hökumətlərinin birgə razılığı ilə 2006-cı ildə yaradılıb. Bu illər ərzində terminal vasitəsilə Azərbaycanın taxıl məhsullarına olan təlabatı ödənilib.

 

© Report

12.03.2018 07:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ