Palata “QoldenPey”ə xəbərdarlıq edib

Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirilən sığorta bazarının monitorinqi zamanı icbari sığorta müqavilələrinin bağlanması üçün məlumatların əldə edilməsi məqsədilə “QoldenPey” ASC tərəfindən 1 fevral - 1 mart 2018-ci il tarixləri aralığında hədiyyəli yarışın keçirildiyi müəyyən edilib.

 

Bu barədə MBNP bildirib.

 

Məlumata görə, “QoldenPey” ASC-nin İdarə Heyətinin sədri Fərid İsmayılzadə Palataya təqdim etdiyi izahatda bildirib ki, yeni reklam kampaniyasının məqsədi müştərilər haqqında məlumat toplamaq və sığorta müqaviləsinin bitməsinə az qalmış istifadəçilərə SMS və e-mail vasitəsi ilə yeni icbari sığorta müqaviləsinin bağlanmasını təklif etməkdir.

 

Palatadan isə “Qolden Sığorta Agenti” MMC-yə bildirilib ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 11.4-cü maddəsinə əsasən qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır.

 

Bununla əlaqədar, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 11.4-cü maddəsinin tələblərinin pozulması halının dərhal aradan qaldırılması və bir daha bu pozuntuya yol verməməsi ilə bağlı “QoldenPey” ASC-yə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş – Təqdimat verilib. 

 

PREMİUM KARTLARA 50% ENDİRİM

12 Mart 2018 , 10:35   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin